PDF Oxu

Əsas

  • 9

Azərbaycan və İspaniya şirkətlərinin iştirakı ilə biznes forum keçiriləcək

Azərbaycan və İspaniya şirkətlərinin iştirakı ilə biznes forum keçiriləcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyaya rəsmi səfəri çərçivəsində iyunun 16-da bu ölkənin xarici işlər və əməkdaşlıq naziri xanım Trinidad Ximenez ilə görüşüb. Görüşdə E.Məmmədyarov İspaniyaya ilk rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. T.Ximenez İspaniya şirkətlərinin enerji, eləcə də digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Tərəflər iki dövlət arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycanda hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılığa gəliblər. E.Məmmədyarov ispaniyalı nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə ətraflı məlumat verib. Görüşdə, həmçinin son vaxtlar Şimali Afrika və Yaxın Şərqdə cərəyan edən proseslər haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri T.Ximenezi ölkəmizə rəsmi səfərə dəvət edib. İspaniyalı nazir dəvəti qəbul edərək cari ilin sonunadək səfər edəcəyini deyib. Görüşdən sonra "Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik pasportlara malik şəxslərin qısamüddətli vizadan azad edilməsi haqqında Saziş" imzalanıb.

Digər xəbərlər