PDF Oxu

Əsas

  • 16

Azərbaycanda dini tolerantlığın qədim tarixi var

Azərbaycanda dini tolerantlığın qədim tarixi var

Dubay hökumətinin Milli, Dini və Xeyriyyəçilik İşləri üzrə Nazirliyinin təşəbbüsü ilə "İslam irsinin dirçəlişi və milli özünəməxsusluğun təşviqi" mövzusunda simpozium keçirilmişdir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, nazir Həməd Bin Şeyx Əhməd Əl-Şeybani demişdir ki, tədbirin məqsədi milli kimliyimizin təşviq etmək, islam irsinin dirçəlişi və bəşər sivilizasiyasının inkişafına töhfə vermək, dini tolerantlığın hər yerdə təmin olunmasına nail olmaqdır. O, bildirmişdir ki, hazırda BƏƏ-nin vətəndaşlarında çoxlu sayda milli və dini əlyazmalar mövcuddur. Onların qayğısına qalınmalı, milli irsimizin qorunması və dirçəlişi naminə bu yazılar alimlər tərəfindən tədqiq olunmalıdır.

Azərbaycanda dini tolerantlığın qədim tarixi vardır. "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov çıxışında demişdir ki, bu rəsmi Bakının dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev istər Sovet İttifaqı dövründə istərsə də müstəqilliyimizin bərpasından sonra milli və dini dəyərlərə yüksək diqqət göstərmişdir.

Ulu öndərin "Hər bir insan öz dilini və dinini bilməli, onu qorumalı və hörmət etməlidir" sözlərini iştirakçıların diqqətinə çatdıran natiq vurğulamışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Əlyazmalar İnstitutu fəaliyyət göstərir və orada çoxlu sayda əlyazmalar saxlanılır. İnstitutun mütəxəssisləri ərəb ölkələri, Türkiyə, İran və digər dövlətlərlə yaxından əməkdaşlıq edirlər.

Digər xəbərlər