PDF Oxu

Əsas

  • 37

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”

Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 42 illiyinə həsr olunan tədbir keçirib

YAP Quba rayonu təşkilatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 42 illiyinə həsr olunan "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov Ümummilli Liderimizin, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. O demişdir ki, ömrünün böyük hissəsini xalqının tərəqqisinə həsr etmiş Ulu Öndərimiz Heydər Əliyev müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmışdır. Xalqının keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin siyasi hakimiyyətə gəlməsi, ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və milli özünüdərkə əsaslı zəmin yaratmışdır. Natiq onu da diqqətə çatdırıbdır ki, 1991-1993- cü illərdə Azərbaycanda iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi, cəbhə bölgəsində hərbi uğursuzluqlar, vətəndaş qarşıdurması müstəqilliyin ilk anlarında ölkəni parçalanma həddinə çatdırmışdı.

H.Kərimov onu da vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi irsini özündə ehtiva edən Yeni Azərbaycan Partiyasının yaranması və Azərbaycan cəmiyyəti daxilində özünə böyük dayaqlar yaratması Ulu Öndər Heydər Əliyevə olan xalqın dərin məhəbbətindən, millətin öz liderinə olan sadiqliyindən irəli gəlir. Məhz tarixi və zəruri bir situasiyada yaranması mümkün olmuş YAP bu gün də müasir Azərbaycan cəmiyyətində öz dayaqlarını günü-gündən möhkəmləndirir: "Ümummilli Liderimizin müəyyən etdiyi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu da, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mənalı ömrünün məntiqi davamı kimi qiymətləndirilməlidir".

Tədbirdə digər çıxış edənlər də dahi öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən və Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan cəmiyyətində öz dayaqlarını günü-gündən möhkəmləndirməsindən danışıblar.

Tədbirin sonunda YAP Quba rayon təşkilatı sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər