PDF Oxu

Əsas

  • 44

“Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər”

“Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər”

"Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diaspor təşkilatlarının gələcəkdə fəaliyyətinin təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konkret işlərin görülməsi üçün müəyyən strategiyanın hazırlanmasına xidmət edəcək". Bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov SİA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edəcək: "Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər".

Son 10 il ərzində Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçdiyini deyən PA rəsmisi vurğulayıb ki, bu gün Azərbaycan diasporu vahid bir mərkəzdən çıxış edə bilən, konkret əməllərlə bir çox ölkələrdə fəaliyyət göstərən bir quruma çevrilib.

İnkişaf olan yerdə problemlərin də mövcud olduğunu bildirən PA rəsmisi vurğulayıb: " Hər bir problem aradan qaldırılacaq".

Digər xəbərlər