PDF Oxu

Əsas

  • 27

“Qarşıdakı illərdə ən önəmli məsələ türk millətinin bir diasporunun yaradılması tapşırığını yerinə yetirməkdir”

“Qarşıdakı illərdə ən önəmli məsələ türk millətinin bir diasporunun yaradılması tapşırığını yerinə yetirməkdir”

"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" sözünü bütün işlərimizdə yüksək səviyyədə xatırlayır və əsas prinsip olaraq qəbul edirik. Dünya Azərbaycanlılarının III Qurultayının birinci günü cənab Prezident İlham Əliyev "Bir millətin iki diasporu olmaz" fikrini səsləndirdi. Bir millətin iki dövləti olması normaldır, amma bir millətin müxtəlif sayda diasporlarının olması düzgün deyil".

SİA-nın xəbərinə görə, bunu TÜRKSAM-ın sədri, Türkiyə Böyük Millət Məclisində təmsil olunan azərbaycanlı deputat Sinan Oğan deyib. O bildirib ki, qarşıdakı illərdə ən önəmli məsələ Prezident İlham Əliyevin türk millətinin bir diasporunun yaradılması tapşırığını yerinə yetirməkdir. Bu vaxta kimi hər kəsin öz diasporunu formalaşdırdığını deyən millət vəkilinin sözlərinə görə, indi artıq fəaliyyətdə daha peşəkar və fərqli səviyyəyə keçmək lazımdır. "Türk dünyasının bir diapsorunu yaratmaq lazımdır. Azərbaycanın dünyada 416, Türkiyənin 1416, onların yarısı qədər də digər türk dövlətlərinin diaspor təşkilatları fəaliyyət göstərir. Dünyada 250 milyonluq türk dünyası var və bunların diasporunu bir araya gətirməklə, Dağlıq Qarabağ problemi başda olmaqla, türk dünyasının bir çox problemlərini həll etmək olar. Müasir dövrdə sadəcə gözləntilərin yox, sivil toplum quruluşlarının aktiv olaraq çalışacağı bir vaxtdır. Sivil toplum quruluşlarının ən önəmli vəzifələrindən biri diaspor, lobbiçilikdir. Bütün bunları da peşəkar səviyyədə həyata keçirmək lazımdır", - deyə S.Oğan əlavə edib.

Digər xəbərlər