PDF Oxu

Əsas

  • 22

Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür teleqramı ünvanladılar

Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür teleqramı ünvanladılar

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində partiyanin fəal gəncləri Oğuz, Qəbələ və Lerik rayonlarında istirahətlərini səmərəli keçiriblər. İstirahət çərçivəsində ən yaddaqalan hadisə YAP-ın Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovun gənclərlə görüşü olub. Gənclərə xoş istirahət arzulayan Ə.Əhmədov çıxışında Azərbaycanın dilbər guşələri ilə tanışlıq baxımından bu cür ekuskursiyaların əhəmiyyətindən bəhs edib.

Qeyd edib ki, YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür istirahət xüsusi önəm kəsb edib. Qeyd etmək lazımdır ki, sözügedən rayonlarda hər birində 50 nəfər olmaqla 4 qrupdan ibarət komandalar təşkil olunmuşdu. Beləliklə, YAP-çı gənclərin ilk səfəri Oğuz rayonuna oldu. YAP üzvləri olan qız və oğlanlardan ibarət təşkil olunmuş komandalarda Bakı və bölgələrdən olan gənclər təmsil olunurdu. Gənclərdən ibarət qrupun rəhbəri kimi YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva və partiyanın həmin bölgə üzrə təlimatçısı Qalib Əsgərov olmuşdur. YAP-çı gənclər səfərlərinin ilk günündə Ulu Öndər Heydər Əliyevin Oğuz rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə tər çiçək dəstələri düzüblər. Gənclər daha sonra Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyində olaraq burada olan maddi- mədəniyyət nümunələri ilə tanış olublar. Muzeydə saxlanılan tarixi eksponatlarla bağlı gənclərə ətraflı və dolğun məlumatlar çatdırıldı. Öz növbəsində, muzeylə tanışlıq gənclərimizdə böyük təəssüratlar yaratmış olub. Eyni zamanda, gənclər Oğuzda arxeoloji qazıntılar zamanı yeni tapılan və hələ də arxeoloji təqdiqatları davam edən kurqanları ziyarət ediblər.

Buradan tapılan maddi tapıntılar da gənclərdə böyük maraq oyadıb. Proqrama uyğun olaraq səfərin növbəti görüşlərinin birində gənclər Oğuzun Xal-xal adlanan istirahət guşəsində istirahətlərini davam etdiriblər. Rayon ərazisində mövcud olan meşədə gənclərin gəzintisi təşkil olunub. Bunlarla yanaşı, gənclərin sərbəst vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə müxtəlif mövzular ətrafında diskussiyalar aparıldı və geniş fikir mübadiləsi oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyev və dövlət gənclər siyasəti, gənclik və müasirlik, eləcə də, sosial şəbəkələr və gənclərin bu istiqamətdə aktivliyi mövzuları ilə bağlı konfranslar təşkil olundu. Gənclərimizi maraqlandıran suallar cavablandırıldı. Səfərin sonunda YAP-ın gənc fəalları təkliflə çıxış edərək bütün fəal gənclər adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür teleqramı ünvanladılar.


Tapdıq Qurbanlı

Digər xəbərlər