İyulun 13-də Bakı Dövlət Universitetində (BDU) kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olmuşdur.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etməsindən, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışmış, qloballaşan dünyada informasiya texnologiyalarının tətbiqindən, bu prosesin Azərbaycanda həyata keçirilmə mexanizmlərindən bəhs etmişdir. Yüksək zövqlə təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuş kadrlar şöbəsinin universitetin həyatında mühüm yer tutduğunu qeyd edən A.Məhərrəmov şöbənin yeddi nəfərdən ibarət heyətinin böyük bir kollektivə xidmət etdiyini bildirmiş, onların əməyini yüksək qiymətləndirmişdir. Kadrlar şöbəsinin rəisi Səadət Namazova göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə kollektiv adından minnətdarlığın bildirmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icraçı katibi Əli Əhmədov, dekanlar, kafedra müdirləri iştirak etmişlər.