PDF Oxu

Əsas

  • 37

“Hər bir siyasi partiya öz fəaliyyətini Azərbaycanın indiki müasir şəraitinə uyğunlaşdırmalıdır”

“Hər bir siyasi partiya öz fəaliyyətini Azərbaycanın indiki müasir şəraitinə uyğunlaşdırmalıdır”

Hər bir siyasi partiya öz fəaliyyətini Azərbaycanın indiki müasir şəraitinə uyğunlaşdırmalıdır. Ölkəmizdə mövcud olan partiyaların müəyyən hissəsi bu və digər dərəcədə fəaliyyət göstərə bilirlər. Amma çoxlu sayda partiyalar var ki, onların fəaliyyət göstərmək potensialı cəmiyyətdə mövcud deyildir.

Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.

Əli Əhmədov bildirmişdir ki, son vaxtlar "Siyasi partiyalar haqqında" Qanunun təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səslənir. Təbii ki, zərurət yarandıqda, istənilən qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. "Siyasi partiyalar haqqında" Qanunun da yeniləşdirilməsinə ehtiyac vardır. Bu Qanunu təkmilləşdirərkən Azərbaycan cəmiyyətində siyasi partiyalarla bağlı təsəvvürlərin müasir standartlara uyğunlaşdırılmasına çalışmalıyıq. Ümumiyyətlə, siyasi partiyaların hansı prinsiplər əsasında fəaliyyət göstərməsi, onların fəaliyyət istiqamətlərinin müəyyənləşməsi məsələləri ciddi müzakirə olunmalıdır.

Əli Əhmədov demişdir: "Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı bir sıra təkliflər səslənir. Hesab edirəm ki, büdcədən maliyyələşmə məsələsində əsas meyar kimi partiyaların Milli Məclisdə təmsilçiliyi götürülməlidir. Azərbaycanda majoritar seçki sistemi mövcuddur, bunun özü də siyasi partiyaların fəaliyyətinə ciddi təsir göstərir. Bu amil mütləq şəkildə siyasi partiyaların maliyyələşdirilməsi məsələsi işlənərkən nəzərə alınmalıdır. Ən ədalətli forma Milli Məclisdə təmsilçilikdir. Partiyaların Milli Məclisdə təmsil olunması eyni zamanda həmin partiyaların xalq tərəfindən necə dəstəklənməsinin göstəricisidir".

Digər xəbərlər