PDF Oxu

Əsas

  • 31

“SİA-nın keçirəcəyi tədbirdə məqsəd gənclərin Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmalarında texnoloji resurslardan istifadə səviyyəsini öyrənməkdir”

“SİA-nın keçirəcəyi tədbirdə məqsəd gənclərin Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmalarında texnoloji resurslardan istifadə səviyyəsini öyrənməkdir”

20-21 iyul tarixlərində Qəbələ və Oğuz rayonlarında 22 iyul Azərbaycan Milli Mətbuatının 136 illiyi ərəfəsində "Səs" İnformasiya Agentliyi (SİA) və sestv.az İnternet Televiziyasının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbləri" layihəsi çərçivəsində iki günlük konfrans təşkil olunacaq.

"Azərbaycan gəncliyinin inkişafında müasir medianın rolu" mövzusunda keçirilən konfransla bağlı məlumat verən "Səs" qəzetinin baş redaktoru və Səs İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev bildirib ki, konfransda YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı, media qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edəcəklər.

Baş redaktor bildirib ki, konfransda həmçinin "Yay məktəbləri" layihəsi çərçivəsində Oğuzda təşkil olunan düşərgədə istirahət edən 50-yə yaxın gənc də iştirak edəcək: "Tədbirin keçirilməsində məqsəd Azərbaycan gəncliyinin inkisafında müasir medianın rolunu müəyyən etmək, bundan gənclərin düzgün istifadə edib-etmədiyini üzə çıxarmaq, gənclərin Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmalarında texnoloji resurslardan istifadə səviyyəsini öyrənməkdir. Konfransda iştirak edən mütəxəssislər tərəfindən bu istiqamətdə maarifləndirmə aparılacaq, həmçinin texnoloji resurslardan istifadə qaydaları təhlil olunacaq".

Konfransın 1-ci mərhələsi 20 iyul saat 15:00-da Qəbələ rayonda yerləşən "Qafqaz" otelinin konfrans zalında, 2-ci mərhələsi isə 21 iyul saat 11:00-da Oğuz rayonunda "Alfa" otelinin konfrans zalında keçiriləcək.

Digər xəbərlər