PDF Oxu

Əsas

  • 47

Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi olub

Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi olub

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının qərargahında iyulun 23-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilib.

Müzakirələrdə Yeni Azərbaycan Partiyasınını Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, millət vəkilləri Mirkazım Kazımov, Gülər Əhmədova, Flora Qasımova və ictimaiyyət nümayəndələri iştirak edirdi. YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının Azərbaycan cəmiyyətində və onun hüdudlarından kənarda geniş ictimai rəydə böyük maraqla qarşılandığını və burada əks olunan faktların ermənilərin ifşası baxımından ən tutarlı əsaslara söykəndiyini vurğuladı.

Tədbirdə "RESURS" Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə də məruzə ilə çıxış edib. S.Mehdizadə bədnam qonşularımızın hər zaman real tarixi faktları öz xeyirlərinə dəyişdirməklə Azərbaycan tarixinə də zərbə vurmaqda maraqlı olduqlarını söylədi. Qeyd etdi ki, akadamik Ramiz Mehdiyevin adıçəkilən kitabı ermənilərin ifşası baxımından ən mükəmməl bilgilərə əsaslanır.

Millət vəkili Mirkazım Kazımov da çıxışında bədnam qonşularımızın tarixin bütün mərhələlərində torpaqlarımıza milli- mədəni varlığımıza qarşı təcavüzlər etdiyini və müasir dövrdə də onların riyakar xislətinin davam etdiyini söylədi. Erməni vandalizminin ifşası baxımından akademik Ramiz Mehdiyevin kitabının əhəmiyyətindən bəhs edən millət vəkili Gülər Əhmədova da, ölkəmizə qarşı yönəldilən əks-təbliğatın qarşısının alınmasında bu cür dəyərli vasitələrin rolunu xüsusilə önə çəkdi.

Müasir dövrdə özünün bütün eybəcər siyasətinə müəyyən çalarlar geyindirməklə dünya ictimaiyyətini aldatmağa çalışan erməni vandalizminin iç dünyasının məhz görkəmli akademik Ramiz Mehdiyevin kitabında daha açıq şəkildə göstərildiyini müzakirə iştirakçılarının diqqətinə çatdırdı.

Nizami icra hakimiyyətinin başçısı Tahir Budaqov vurğulayıb ki, bu kitab zaman-zaman tarixi saxtalaşdırmağa çalışan bədnam erməni təbliğatına qarşı çox qiymətli elmi mənbədir. Müzakirələrdə yekdilliklə vurğulanıb ki, bütün bu təhlillər bir daha göstərir ki, akademik Ramiz Mehdiyev tarixi faktları ortaya qoymaqla elmi dəlillər əsasında hiyləgər erməni siyasətinin iç üzünü məharətlə açır.


Tapdıq Qurbanlı

Digər xəbərlər