Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyası Gənclər Birliyinin nümayəndə heyəti iyulun 23-də Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur. Qonaqlar Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüşlər.