PDF Oxu

Əsas

  • 15

“Yay məktəbi” kampaniyasının müsbət nəticələri gənclərin gələcək inkişafında da özünü göstərəcək...

“Yay məktəbi” kampaniyasının müsbət nəticələri gənclərin gələcək inkişafında da özünü göstərəcək...

YAP Gənclər Birliyinin üzvləri: "Əgər bizim arxamızca danışırlarsa, o zaman biz öndəyik"

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin gənclər üçün təşkil etdiyi "Yay məktəb"inin yekunu ilə bağlı Binəqədi rayon gənclər təşkilatının üzvü Tutu Əliyeva, Nurbəniz Niftəliyeva, Nəriman rayon gənclər təşkilatının üzvü Orxan Əliyev, Nəsimi rayon gənclər təşkilatının üzvü Könül Yaqutova, Tusi Ağarəhim, Yasamal rayon gənclər təşkilatının üzvü Şamxal Məmmədov, Xətai rayon gənclər təşkilatının üzvü Aqil Ağalarov SesTV-nin qonağı olublar. Onların fikirlərini təqdim edirik:

- Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi" layihəsi nə vaxt start götürüb və burada iştirak edən Azərbaycan gənclərinin sayı nə qədər olub?

Yaqutova Könül: - YAP hər il yay mövsümdə gənclər üçün "Yay məktəbi" təşkil edir. Həm gənclərin istirahətini təşkil etmək, həm də onların dünyagörüşlərinin artırılması istiqamətində bu il də növbəti yay məktəbi kampaniyası təşkil olundu. Oğuz, Qəbələ və Lerik rayonlarında hər qrupda 50 nəfər olmaqla gənclər layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak ediblər, onlar üçün hər cür şərait yaradılıb və müxtəlif məzmunlu dəyirmi masalarda diskussiyalar apararaq siyasi biliklərini artırıblar. Qeyd edək ki, "Yay məktəbi"nin iştirakçıları əsasən YAP tərəfindən xüsusi olaraq seçilən gənclər idi.

Tusi: - "Yay məktəbi" kampaniyası 4 mərhələdən ibarət idi və hər mərhələdə 3 rayon təmsil olunurdu. Gənclərə öz dünyagörüşlərinin artırılması və onları maraqlandıran suallar ətrafında müzakirələr aparılması üçün bir həftə verilmişdi. Kampaniya çərçivəsində gənclər vaxtlarından həm səmərəli istifadə edir, həm də intellekt səviyyələrini nümayiş etdirirdilər. Bir kampaniya çərçivəsində həm milli mətbuatın yaranma gününü qeyd etdik, həm də bir çox siyasi xadimlərlə, Milli Məclisin deputatları ilə görüşlər keçirdik, önəmli dəyirmi masalarda iştirak etdik. Bütün bunlar gənclərin gələcək inkişafına müsbət təsir göstərir.

Nurbəniz: - "Yay məktəbi" kampaniyasının müsbət nəticələri gənclərin gələcək inkişafında da özünü göstərəcək. Kampaniya çərçivəsində komandalara rəhbərlik edən şəxslər tərəfindən bizə ayrılan vaxt çox maraqla təşkil olunmuşdu. İstər xidmət, istərsə də rəsmilərlə olan söhbət bizim üçün çox əhəmiyyətlidir. Keçirilən dəyirmi masalarda hər bir gənc milli dövlətçiliyimizlə bağlı dəyərli fikirlərini bildirdi. Bugünkü Azərbaycan gəncliyinin inkişaf məsələləri müzakirə olundu.

- Yekunlaşan bu kampaniyadan gənclər daha çox nə əldə etdi və təəssüratlarınız nədən ibarətdir?

Şamxal: - "Yay məktəbi" kampaniyasında vaxtımız olduqca xoş keçdi. Dövlət tərəfindən gənclərin inkişafı üçün görülən tədbirləri dəyərləndirməmək mümkün deyil. Komandalarımıza rəhbərlik edən hər bir şəxsə, ilk növbədə isə hamımızın, bütün gənclərin hamisi olan dövlət başçısı İlham Əliyevə bizim üçün yaradılan bu şəraitə görə, hamımızın adından dərin təşəkkür bildiririk.

Orxan: - Kampaniya çərçivəsində bir hər gün dəyirmi masalarda iştirak edirdik. Gənclərə dəyirmi masalarda intellektual səviyyələrini nümayiş etdirmək üçün hər cür şərait yaradılmışdı. Oğuz komandasının üzvü olaraq kampaniya haqqında təəssüratlarımın çox xoş olduğunu deyə bilərəm. Bir həftə ərzində tarixi məkanları ziyarət etməyimiz, axşamlar müxtəlif oyunlar və əyləncələrlə vaxt keçirməyimiz kampaniyanın yaddaqalan hissələrindən biri idi.

Tusi: - Kampaniya çərçivəsində YAP-ın Gənclər Birliyinin üzləri bir-biriləri ilə çox isti münasibətlər saxladılar. Hətta bir-birini daha əvvəldən tanımayan gənclər belə diskussiyalar ərzində qaynayıb qarışırdılar. Düşünürəm ki, ən böyük uğurumuz kifayət qədər dost qazanmağımız oldu. Bir həftə ərzində keçirdiyimiz günlərdən sonra heç tanımadığımız uşaqlardan ayrılmaq bizim üçün çox çətin idi. Bu da öz növbəsində yay kampaniyasının gənclərin intellektual səviyyəsinin artırılmasına kömək etdiyi kimi, eyni zamanda sosial-ictimai həyatlarında da nə qədər rola malik olduğunun göstəricisidir.

- Kampaniyanın gedişindən narahat olan bəzi müxalifət partiyası və onların qəzetləri hay- küy salıb, qısqanclıq doğuran ifadələr səsləndirirlər. Sizcə onların narahatçılığının əsas səbəbi nə ilə bağlıdır?

Könül: - Filosofların dediyi kimi: "Əgər bizim arxamızca danışırlarsa, o zaman biz öndəyik". Təbii ki, bizim bu qədər irəlidə olmağımız, gənclər üçün yaradılan bu şəraitdən bu cür istifadə etməyimiz müxalifəti hər zaman narahat edir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclərin bu gün Azərbaycanda aparıcı rol oynaması müxalifət tərəfindən narahatlıqla qarşılanır. Bu gün diqqət etsək görərik ki, bütün istedadlı gənclər məhz YAP-ın ətrafında cəmləşib.

Tusi: - Bir millətin və dövlətin parlaq gələcəyi onun gəncliyindən asılıdır. Bu dövlət və siyasətin təməl prinsipi gənclərə söykənir. Müxalifətin qısqanclığının səbəbi odur ki, bu gün ağıllı gənclər onların deyil, məhz YAP-ın ətrafında cəmləşib. Həqiqətən də bu belədir, bu gün Azərbaycanda ağıllı, gələcəyini düşünən bütün gənclər YAP-ın ətrafında birləşib. Çünki onlar yaxşı bilirlər ki, gələcək həyatlarının və inkişaf perspektivlərini təmin olunması məhz bu partiyanın işindən asılıdır.

Tutu: - Bu gün gənclərin YAP-ın ətrafında birləşməsi danılmaz həqiqətdir. Gənclərin öz ideyalarını həyata keçirilməsində məhz bu partiya səy göstərir və gənclərin inkişafı üçün əllərindən gələni edir. Bu isə öz növbəsində müxalifət partiyaları tərəfindən böyük qısqanclıqla qarşılanır. Səbəb isə məlumdur - müxalifət gənclərin irəli getməsini istəmir.

Nurbəniz: - Bu barədə bütün ağıllı Azərbaycan gənclərinin düşüncələri eynidir. Azərbaycanda aparıcı rol oynayan ağıllı gənclik bu gün YAP-ın ətrafında birləşib, çünki onlar üçün yaradılan bütün imkanları açıq-aşkar görürlər.

- YAP-ın gənclərlə bağlı siyasəti haqqında nə deyə bilərsiniz?

Könül: - Bu gün Azərbaycanın bütün sahələrini təmsil edən gənclər ön plandadır. Hər yerdə gənclər aparıcı mövqelərinin büruzə verir. Azərbaycan gənclərinin bu gün inkişaf istiqamətində irəliləməsi təbii ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin göstəricisidir. Azərbaycan gənclərinin dövlətçilik siyasəti bu gün yüksək səviyyədə olsa belə, əminəm ki, bu sahədə inkişafımız davam edəcək. Gənclərimizin xaricə göndərilməsi, Milli Məclisdə təmsil olunması gənclərə verilən dəyərin göstəricisidir.

Tusi: Bir vaxtlar Azərbaycan gəncliyinin nə azad fikri, nə xaricə inteqrasiyası, nə də söz azadlığı var idi. Bu gün isə Azərbaycan gəncliyi saydıqlarımızla kifayət qədər təmin edilib.

Nurbəniz: - Düşünürəm ki, hər şey təməldən başlayır. Azərbaycan gəncliyinin təməli isə olduqca güclü və möhkəmdir. Biz Azərbaycan gəncləri bu gün dünyaya çatan səsimizi daha da artıracaq və hər gün nə qədər inkişaf etdiyimizi mənfur düşmənlərə çatdıracağıq.

Orxan: - Gənclərin siyasətçi kimi yetişdirilməsi istiqamətində YAP-ın qayğısı böyükdür. Düşünürəm ki, Azərbaycanda hər bir gəncin siyasətçi kimi yetişdirilməsi üçün bütün işlər görülür, qalanı isə bizə qalır.

Aqil: - Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər proqramı bu gündə uğurla davam etdirilir və bundan sonra da davam etdiriləcək. Təbii ki, bütün dövlətlərin idarəçiliyində gənclərin rolu böyükdür. Bu gün bu fikrə əsaslanaraq Azərbaycanda gənclərin daha çox ciddi sahələrə cəlb edildiyini və önəmli sahələrdə təmsil olunduğunu deyə bilərəm.

Digər xəbərlər