PDF Oxu

Əsas

  • 28

Azərbaycanda gənclərə xüsusi diqqət və qayğı mövcuddur

Azərbaycanda gənclərə xüsusi diqqət və qayğı mövcuddur

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə reallaşan "Yay məktəbi" layihəsinin növbəti uğurlu yekunu ölkə gənclərində böyük maraqla, xüsusi diqqətlə qarşılanıb. Artıq bir neçə ildir ki, YAP tərəfindən həyata keçirilən bu humanist addım ölkədə gənclərə olan xüsusi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin böyük səyi və bacarığı sayəsində yüksək səvviyyədə davam etdirilir.

Məhz ölkə Prezidentinin gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi dünyada layiqli yerini tutmaqdadır. Çünki gənclərə hərtərəfli qayğı onların, qarşılaşmış olduğu problemlərin həlli yetişən nəsildə də, böyük stimul yaradır. Dövlətimizin gənclərə göstərdiyi böyük etimadın nəticəsi olaraq onlar da öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Gənclərimiz istənilən beynəlxalq yarışlarda ölkəmizin adını ucaltmış, bayrağımızı ən mötəbər turnirlərdə dalğalandırmış, himnimizin ən yüksək tribunalardan səslənməsini təmin etmişdilər. Yeni Azərbaycan Partiyası tərəfindən də, gəncələrlə iş sahəsində mühüm uğurlar təmin olunub. Çünki YAP bir gənclik partiyası olaraq hər zaman yeni fikrin, yeni təfəkkürün formalaşmasında gənclərlə iş prinsipinə üstünlük vermişdir. YAP-ın həyata keçirdiyi bütün işlərin tərkib hissəsində gənclərin roluna böyük yer verilir.

Ölkəmizdə bütün sahələrdə gənclərin rolunu açıq şəkildə müşahidə etmək mümkündür. İstər dövlət idarəçilik sistemində, istərsə də, özəl sektorlarda, bundan əlavə yerli özünüidarə orqanlarında gənclərə xüsusi önəm verilir. Buna əyani misal kimi ölkəmizdə keçirilən son bələdiyyə və parlament seçkilərində qadınlarla yanaşı, gənclərin də faiz dərəcəsində müsbət dəyişikliklərin olduğunu açıq şəkildə görmək mümkün idi. Bu isə, birmənalı şəkildə, Azərbaycanın gənclər diyarını çevrildiyinə bir işarədir. Eyni gənclərin asudə vaxtının səmərəli təşkilində də, dövlətimiz tərəfindən mühüm addımlar atılır. YAP Gənclər Birlyinin, artıq bir neçə ildir ki, təşkil etdiyi gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı "Yay məktəbi" layihəsi bunların tərkib hissəsidir. YAP-ın "Yay məktəbi" layihəsi çərçivəsində paytaxt Bakı ilə yanaşı, bölgələrimizdən də, gənclər bu humanist kampaniyada iştirak edir. Neçə ildir ki, ölkəmizin və regionun aparıcı siyasi qüvvəsi olan YAP tərəfindən həyata keçirilən bu humanist aksiya gənclərin asudə vaxtının təşkilində ən mühüm addımlardan biridir.

Onu da bildirək ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşdırılan "Yay məktəbi" layihəsi artıq öz işini bir neçə gündür ki, başa çatdırıb. "Yay məktəbi" layihəsində ölkəmizin bütün bölgələrindən olan gənclər iştirak edib. Bundan əlavə, qış mövsümündə gənclər üçün "Qış məktəbi" layihəsinin reallaşdırılması planlaşdırılır.


Tapdıq Qurbanlı

Digər xəbərlər