PDF Oxu

Əsas

  • 49

“Ali təhsil haqqında” qanunda ali təhsil həyatının bütün sahələri incəliklərinə qədər öz əksini tapacaq

“Ali təhsil haqqında” qanunda ali təhsil həyatının bütün sahələri incəliklərinə qədər öz əksini tapacaq

""Ali təhsil haqqında" qanun layihəsi üzərində işlər demək olar ki, başa çatmaq üzrədir. Biz bu sənədi də çox güman ki, Milli Məclisin qarşıdan gələn növbəti payız sessiyasının müzakirəsinə çıxaracağıq". Bu fikirləri Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, "Təhsil haqqında" çərçivə qanununda ali təhsillə bağlı bir çox məsələlər öz əksini tapıb.

"Amma yeni layihədə bütün məsələlər detallarına qədər dəqiqləşəcək, mexanizmlər göstəriləcək, ali təhsil sisteminə daxil olan, ali təhsil həyatının bütün sahələri incəliklərinə qədər öz əksini tapacaq. Elə bir sahə olmayacaq ki, orada əhatə olunmamış məsələ qalsın. Eyni zamanda, bir çox məsələlər var ki, biz əsasnamə ilə işləyirik, yəni, ali təhsilin bu və ya digər məsələlərinin tənzimlənməsi, idarə olunması üçün müvafiq qanun layihəsi yoxdur. Ona görə "Ali təhsil haqqında" qanun layihəsində bütün məsələlər, münasibətlər sisteminin hamısı əhatə olunacaq"- deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər