PDF Oxu

Əsas

  • 40

Sərhəd Qoşunlarının 92 illiyi qeyd edilir

Sərhəd Qoşunlarının 92 illiyi qeyd edilir

Dünən Azərbaycan sərhəd mühafizəsinin 92-ci ildönümü münasibəti ilə keçirilən yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi baş tutub.

Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinin rəsmi tədbir zalında keçirilən mükafatlandırma mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini Məhəmməd Abasquliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca da iştirak edib.

5 nominasiyadan ibarət olan müsabiqəyə bədii ədəbiyyat üzrə 17, təsviri sənət üzrə 22, televiziya verlişi 4, qəzet məqaləsi və inşa yazısı üzrə 14 iş təqdim olunub. Daha sonra müxtəlif nominasiyalar üzrə müsabiqədə qalib seçilənlər mükafatladırılıb. Eyni zamanda, "Səs" qəzetinin əməkdaşı Elçin Bayramlı da "Qəzet məqaləsi" nominasiyası üzrə mükafatlandırılıb.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini Məhəmməd Abasquliyev bildirib ki, DSX-nin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, vətənə, onun sərhədlərində məhəbbət hissinin gücləndirilməsi prioritet istiqamətlərdəndir.

Daha sonra müsabiqənin yekunlarına həsr olunan tədbirdə çıxış edənlər vurğulayıblar ki, ölkəmizin çoxsaylı vətəndaşının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması yüksək qiymətə layiqdir.

Elçin

Digər xəbərlər