Bu gün özünün sosial bazası, malik olduğu resurslarla nəinki Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda Yeni Azərbaycan Partiyasının tutmuş olduğu düzgün mövqe diqqətlə izlənilir. Çünki qloballaşan dünyada istənilən siyasi təşkilatın sərgilədiyi mövqedən, tutmuş olduğu prinsipial yoldan, seçdiyi demokratik əsaslardan asılı olaraq seçilir.
Bu baxımdan da, Yeni Azərbaycan Partiyasının daima insanlıq naminə, humanizm prinsiplərinə həmişə sadiqlik nümayiş etdirməsi, milli-mənəvi dəyərlərə yanaşmasından dolayı yüksək qiymətə layiq görülür. Elə bu səbəbdəndir ki, YAP mənsub olduğu və fəaliyyət göstərdiyi coğrafiya daxilində sevilir və atdığı addımlar diqqətlə izlənilir. Bizimlə həmsöhbət olan YAP nümayəndələri, ölkəmizin aparıcı siyasi xadimləri güclü siyasi təşkilatın apardığı uğurlu, məqsədyönlü işlərin möhtəşəmliyindən bəhs ediblər.
Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının humanizm prinsipləri əsasında daha böyük zirvələrə doğru irəliləyir
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da bizimlə söhbətində YAP-ın həmişə vətəndaşlarla bir yerdə olduğunu onların istək və arzuları ilə yerində maraqlandığını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqını Ulu Öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhtəşəm siyasi təşkilat həmişə milli-mənəvi dəyərlərə böyük hörmət və ehtiram nümayiş etdirib. A.Hüseynov YAP-ın xalqımızın dini dəyərlərinə hörməti, müqəddəs ocaqların, məscidlərin, pirlərin, ziyarətgahların təmir və yenidən qurulması işlərinin aparılması üçün tutduğu yolun təqdirəlayiq olduğunu da söylədi. Çünki YAP həmişə öz xalqının istək və arzularının nədən ibarət olduğunu, onun yanında olduğu üçün çox gözəl bilir deyən A.Hüseynov məhz bu partiyaya əvəzsiz xalq sevgisinin də bu prizmadan yarandığını söylədi. "Elə bu səbəbdən də birmənalı şəkildə xalqımızın böyük öndəri, Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət ümumxalq sevgisi ilə əhatə olunub. Möhtərəm Prezidentimiz xalqın dərin köklərə bağlanan adət-ənənələrinə həmişə diqqətlə yanaşır, milli varlığımız olan dəyərlərimizin qorunub saxlanmasında və təbliğində birmənalı mövqe sərgiləyir. Eyni zamanda, bu möhtəşəmliyin və humanistliyin davamı olaraq da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun ölkəmizdəki xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə vermiş oduğu töhfələr, tarixi köklərimizin təbliğində sərgiləmiş olduğu mövqe qədirbilən xalqımız tərəfindən yüksək qiymətə layiq görülüb" deyən A.Hüseynov Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının humanizm prinsipləri əsasında daha böyük zirvələrə doğru sürətlə istiqamət aldığını da dilə gətirdi.
Azərbaycan xalqı öz güclü dövləti müqabilində milli dəyərlərinə həmişə hörmət və ehtiramını ifadə edir
Müstəqil və güclü Azərbaycan bu gün öz inkişaf xətti üzrə bütün dünyanın diqqət mərkəzində olduğu kimi, ölkəmizdə dini, milli-mənəvi dəyərlərə tarixi köklərə hörmət baxımından maraq obyektindədir deyən Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov hər bir millətin dərin köklərə əsaslanaraq inkişaf etməsinin onun monolitliyinə dəlalət etdini söylədi. Bildirdi ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev dühası ilə bu gün bütün bəşəriyyətə öz kimliyini daha açıq formada isbat edə bilib. "Təbii ki, bunun kökündə Ümummilli Lider Heydər Əliyevin zəkası dayanırsa və Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev bu işləri uğurla həyata keçirirsə, birmənalı şəkildə dəyərlər müstəvisində konkretliyin olması mümkündür. Çünki möhtərəm Prezident həmişə xalqımızın tarixi köklər üzərindən bərqərar olmuş müstəqil dövlətimizin milli varlığının bütün dünya üçün nümunə olduğunu yüksək qiymətləndirir. YAP tərəfindən də, ənənəvi olaraq həyata keçirilən humanizm aksiyaları nəinki təkcə paytaxt Bakını, bütün bölgələri əhatə edir. Bölgələrdə YAP-ın bütün addımları, görmüş olduğu böyük işlər diqqətlə izlənilir və yüksək qiymətə layiq görülür. Çünki Yeni Azərbaycan Partiyası təkcə seçki prosesində deyil, bütün məqamlarda xalqın yanındadır. Bildiyimiz kimi indi islam inancına görə müqəddəs Ramazan ayıdır. Bu ayda YAP-ın iftar süfrələri təşkil etməsi, sosial müavinəti zəif olan kimsəsizlərə baş çəkərək, onlara bayram sovqatları aparması, artıq bir ənənəyə çevrilib" deyən R.Tatarov Azərbaycan xalqının öz güclü dövləti müqabilində milli dəyərlərinə həmişə hörmət və ehtiramını ifadə etdiyini söylədi.
Tapdıq Qurbanlı