PDF Oxu

Əsas

  • 18

Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi təşkilatıdır

Demokratik dəyərlərin tam bərqərar olduğu ölkəmizdə insan faktoruna verilən böyük qiymət xüsusi ilə özünü göstərib. Bu baxımdan, 1993-cü ildən bu günə qədər ölkəmizdə həyata keçirilmiş proseslərə nəzər saldıqda, məhz demokratik proseslərin bütün çalarlarını burada görmək mümkündür. Xalqın istək və arzularının yeganə təminatçısı olan Yeni Azərbaycan Partiyasının əsas prinsipial istiqaməti də ölkəmizdə azad və demokratik mühitinin yaradılması, vətəndaş mövqeyinin önə çəkilməsindən ibarətdir. Bu baxımdan YAP-ın ölkəmizin və eyni zamanda, regionun aparıcı siyasi qüvvəsi kimi istənilən prosesində də tutduğu mövqə daha önəmlidir.

Çünki Azərbaycan özünün malik olduğu demokratik təcrübəsinə əsaslanaraq, bütün proseslərinin azad və ədalətli formada həyata keçirilməsinə nail olub. Bunun üçün zəruri olan prinsipial cəhətlər də mövcud olduğundan bu istiqamətdə, demək olar ki, heç bir problem yoxdur. Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq regionun ən güclü dövləti olan Azərbaycan qarşısına qoymuş olduğu bütün hədəflərə nail olur. Beynəlxalq arenada da Prezident İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər və üstün cəhətlər ölkəmizin nüfuzunun artmasında mühüm və əhəmiyyətli dərəcədə təsir göstərir. Ölkənin hərtərəfli inkişafı buradakı demokratik ab-havanın yüksək səviyyədə olmasına da öz təsirini göstərir. Belə ki, günü-gündən inkişaf edən ölkəmizdə vətəndaş institutlarının formalaşması və inkişafı, cəmiyyətin inteqrasiyası müqabilində qarşıya qoyulan məqsədlərin hasil edilməsi, onu göstərir ki, Azərbaycan demokratik müstəvidə özünün layiq olduğu yeri çoxdan tutub. Bunun üçün malik olduğumuz tarixi köklər və bu zəngin dəyərlər üzərində inkişafın mümkün olması dövlətin demokratik dəyərlərə nə dərəcədə yaxın olmasından xəbər verir. Bütün bu proseslərin tərkib hissəsi olan vətəndaş cəmiyyətinin qurulmasında YAP-ın birmənalı olaraq mövqe sərigələməsi deyilənləri bir daha təsdiqləmiş olur. Çünki bu gün Azərbaycan cəmiyyəti öz inkişaf tendensiyasına uyğun olaraq inkişaf edir. Cəmiyyət inkişaf etdikcə, onu əhatə edən qanunlarda inkişafa və dəyişikliyə məruz qalır. Bundan əlavə, Azərbaycan xalqı nəyin düzgün, nəyin yanlış olduğu artıq çox yaxşı müəyyənləşdirə bilir. Bu baxımdan da ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirmək lazımdır. Çünki YAP ölkənin yeganə güclü siyasi təşkilatı kimi imkanlarını vətəndaşın hüquqlarının qorunmasına və dövlətimizin daha da inkişafına həsr edib.


"Tarixi zərurətin ən dolğun və alternativsiz siyasi təşkilatı"


YAP Naftalan rayon təşkilatının sədri Möhübbət Bədəlov müstəqillik tarixi ilə yanaşı Yeni Azərbaycan Partiyasının da keçdiyi yola nəzər saldı. Bildirdi ki, cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasından 19, müstəqilliyimizin bərqərar olmasının 20 ili ərəfəsindəyik. Hər iki tarixi illər ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Bütün bu önəmli xüsusiyyətlər, tarixi hadisələr, təbii ki, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusilə, banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bu, zamanın tələbi idi. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi, eləcə də müsğəqilliyimizin qorunmasında əhəmiyyətli rol oynayan siyasi təşkilat kimi formalaşdı.

M.Bədəlov onu da söylədi ki, dünənin, bugünün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyduğunu vurğuladı. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir".


"Xalqın daima dəstəklədiyi, müstəqilliyin qorunmasında önəmli təşkilat kimi qəbul olunan Yeni Azərbaycan Partiyası daim inkişaf edəcək"


YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı isə vurğuladı ki, xalqın inamı və dəstəyi nəticəsində bütün seçkilərdə qalib olan YAP bundan sonra da davamlı olaraq xalq tərəfindən dəstəklənəcək. Təkcə ötən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı şəffaf və möhtəşəm qələbə bir daha isbat etdi ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir. O, eyni zamanda, müstəqilliyimizin 20 illiyi ilə bağlı verilən Fərmana da münasibətini bildirdi. M.Mirxaslı xüsusən qeyd etdi ki, insanların daim can atdığı müstəqillik məhfumu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi əvəzsiz töhfədir.


R.HÜSEYNOVA

Digər xəbərlər