PDF Oxu

Əsas

  • 16

İlk dərs günü başlandı

İlk dərs günü başlandı

Ənənəvi olaraq keçirilən Bilik Günü Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Rayonun Bayıl yaşayış sahəsindəki 1937-ci ildə tikilmiş 91 saylı məktəbdə ilk dərs şagird və müəllim kollektivinin böyük sevincinə səbəbə olub.
Bilik Günü ilə bağlı keçirilən tədbiri açan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfüqarova bildirdi ki, 2010/2011-ci tədris ilinin yekunlarına görə 91 saylı orta məktəb "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qaliblərindən olub: "Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səbail rayonunun bir sıra təhsil müəssisələri kimi 91 saylı orta məktəb əsaslı təmir olunub."
Səbail rayonda 1937-ci ildən fəaliyyət göstərən 189 saylı orta məktəb də keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Ceyran Quliyeva bildirdi ki, bu il tədris müəssəsini 124 nəfər şagird bitirmiş, yeni tədris ilində 3 birinci sinifdə 70 şagird təhsil alacaqdır. Tədbirdə iştirak edən şagirdləri, pedaqoji kollektivi, valideynləri və çoxsaylı qonaqları salamlayan C.Quliyeva şagirdləri tam əsaslı təmir olunaraq yenidən qurulan, müasir avadanlıqlarla təchiz olunan məktəbdə yüksək biliyə yiyələnmələrini arzuladı.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin kollektivini təbrik edərək, onlara uğurlar arzuladı. A.Əsgərov onu da vurğuladı ki, ölkə başçısı tərəfindən təhsilə olan diqqət və qayğının artmasının nəticəsidir ki, 40 il ərzində ərazisində nə bir məktəb, nə də uşaq bağçası tikilməmiş Səbail rayonunun təhsil müəssisələrində çox böyük dəyişikliklər baş vermişdir:"Aprel ayının 20-də Prezident İlham Əliyev Səbail rayonu Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlamaq üçün Sərəncam imzalamış, Sərəncamın icrasını təmin etməkdən ötrü RİH tərəfindən tikinti üçün torpaq sahəsi müəyyənləşdirilmiş, gözəl və müasir layihə işlənmişdir. Hazırda tikinti işlərinə başlanması üçün müvafiq sənədləşdirmə-razılaşdırma işləri başa çatmaq üzrədir. Rayon məktəblərində aparılan təmir işləri ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmışdır. Prezident İlham Əliyev avqustun 16-da 189 saylı orta ümümtəhsil məktəbinin, sentyabrın 1-də isə 160 saylı Klassik Gimnaziyanın binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişatı ilə tanış olaraq, aparılan işlərin keyfiyyətindən razı qaldığını bildirmişdir".
Sonda A.Əsgərov Azərbaycan təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə Səbail rayon ictimaiyyəti adından ölkə Prezidenti İlham Əliyev cənablarına və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdi.

RƏFİQƏ

Digər xəbərlər