PDF Oxu

Əsas

  • 7

“Müasir Azərbaycan 20- inkişafın yeni mərhələsi”

“Müasir Azərbaycan 20- inkişafın yeni mərhələsi”

Sentyabrın 17-də Yeni Azərbaycan Partiyasının bir qrup fəal gənci Şamaxı şəhərinə səfər edib. YAP Gənclər Birliyinin fəalları əvvəlcə Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Ulu Öndərin əziz xatirəsini yad edən gənclər daha sonra YAP-ın Şamaxı rayon təşkilatının binasında "Müasir Azərbaycan 20- inkişafın yeni mərhələsi" mövzusunda diskussiyada iştirak etdilər. Milli Məclisin deputatlarından Aydın Mirzəzadə və İlham Məmmədov ölkəmizin 20 ildə keçdiyi inkişaf yolu, iqtisadi, sosial və s. sahədə qazanılan uğurlar, respublikamızın beynəlxalq sferada əldə etdiyi nailiyyətlərdən danışdılar. Şamaxı gənclərinin də iştirakı ilə keçən diskussiyada millət vəkilləri gənclərin suallarını cavablandırdılar və maraqlı fikir mübadiləsi aparıldı.

Günün ikinci yarısı isə partiya fəalları Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunan Şamaxı rəsədxanasına və digər görməli yerlərə səfər ediblər.

Digər xəbərlər