PDF Oxu

Əsas

  • 8

YAP-ın Gənclər Birliyi çoxşaxəli fəaliyyətə malikdir

YAP-ın Gənclər Birliyi çoxşaxəli fəaliyyətə malikdir

Cəmiyyətin aparıcı partiyası, avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası xalqa, dövlətə xeyirli, gərəkli fəaliyyətinə görə, regionun ən aparıcı partiyasına çevrilib. Partiyanın siyasi xətti, fəaliyyət istiqamətləri yalnız dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, milli birliyin dərinləşməsinə, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməkdən ibarət olduğuna görə, xalqın böyük inam və etimadını qazanıb.

YAP-ın Gənclər Birliyi ölkənin ictimai-siyasi həyatında aktivlik nümayiş etdirdiyindən, Azərbaycan gəncliyi bu birliyin sıralarında təmsil olunmaqdan qürur duyur. Vaxtaşırı olaraq, partiyanın Gənclər Birliyinin irəli sürdüyü ideya və təkliflər Azərbaycan gəncliyinin müzakirəsinə çıxarılır və dəstəklənir. YAP-ın Gənclər Birliyinin "Yay məktəbliləri" kampaniyası ilə çıxış etməsi də paytaxt gəncləri ilə region gəncləri arasında əlaqələrin qurulmasına xidmət etmişdir. Proseslər və müşahidələr, onu deməyə əsas verir ki, bu kampaniya Azərbaycan gəncliyi tərəfindən müsbət dəyərləndirilərək, qəbul edilib. Məhz bu kampaniyada müxtəlif bölgələrin gəncləri bir-biri ilə dostlaşıb və əlaqələrin qurulması barədə razılığa gəliblər.

Lerik, Oğuz və Qəbələ rayonlarında keçirilən kampaniya çərçivəsində, ümumilikdə, 600-ə yaxın gənc iştirak edib. Gənclər əlaqələrin davam etdirilməsi üçün hər bir rayonda seminarların və dəyirmi masaların keçirilməsi barədə də razılığa gəliblər. Şamaxı rayonunda keçirilən dəyirmi masa da məhz Lerik, Oğuz və Qəbələ rayonlarında keçirilən "Yay məktəbliləri" kampaniyasında gənclərin bir-birinə qonaq getməsi barədə gəldikləri razılıq əsasında baş tutub. Bu günlərdə 50-yə yaxın paytaxt gənclərinin Şamaxı rayonuna gedərək, Şamaxı gəncləri ilə birgə tədbir keçirmələri Azərbaycan gəncliyinin birliyinin, mütəşəkkilliyinin dönməz və sarsılmaz olduğunu bir daha ortaya qoydu. Gənclər ilk öncə, Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzmüşlər. Ulu Öndərin əziz xatirəsi yad edildikdən sonra, gənclər Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının binasında "Müasir Azərbaycan - 20 inkişafın yeni mərhələsi" mövzusunda dəyirmi masada iştirak etmişlər. Eyni zamanda, vurğulamaq mümkündür ki, mövzu ilə əlaqədar respublikanın bütün bölgələrində bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva "Səs" qəzetinə verdiyi açıqlamasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik qazanmasında xüsusi rolunun mövcudluğunu vurğulayıb. Onun bildirdiyinə görə, ölkədə hərc-mərcliyin, vətəndaş qarşıdurmasının baş aldığı dövrlərdə yenicə müstəqillik qazanmış respublikamız onu itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz bu səbəbdən, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan xalqı itirilməkdə olan müstəqilliyini bərpa etməyə nail oldu. Bu gün hər bir Azərbaycan vətəndaşı Dahi Şəxsiyyət Heydər Əliyevin atdığı bu addımları daim əziz tutur və böyük ehtiramla xatırlayır.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər