PDF Oxu

Əsas

  • 6

“Azərbaycan xalqını kiçik təxribatçı qrupların öz yolundan döndərməsi qeyri-mümkündür”

“Azərbaycan xalqını kiçik təxribatçı qrupların öz yolundan döndərməsi qeyri-mümkündür”

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) "Müstəqilliyimiz, milli-mənəvi dəyərlərimiz" mövzusunda dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən DQİDK-nin sədri Hidayət Orucov bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına görə deyil, eyni zamanda vicdan azadlığının təmin edilməsinə, tarixi abidələrimizin bərpasına və qorunmasına görə də regionun lider dövlətinə çevrilib: "Ölkəmizin tolerantlıq nümunəsi olması, sivilizasiyların qovşağında yerləşməsi, dinlər və mədəniyyətlərarası dialoqun mərkəzində dayanması beynəlxalq təşkilatlar və din xadimlərinin də etiraf etdikləri həqiqətdir".
H.Orucov onu da vurğulayıb ki, dinlərin və etnik qrupların birgəyaşayışı sahəsində böyük tarixi təcrübəsi olan Azərbaycan xalqını belə kiçik təxribatçı qrupların öz yolundan döndərməsi, əsrlərlə formalaşmış ənənələri zədələməsi qeyri-mümkündür.
"Amma yenə də təxribatçı qrupların, qanunçuluğu pozan dini qurumların dövlətçiliyimizə və milli maraqlarımıza zidd fəaliyyətini tamamilə zərərsizləşdirmək qarşımızda duran mühüm vəzifələrdən biridir. Əmin ola bilərsiniz ki, dövlət vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaq. Dindən siyasi məqsədlər üçün isyifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətinin genişləndirilməsinə, dövlətçiliyimiz üçün təhlükə mənbəyinə çevrilməsinə, ölkədəki dini etiqad azadlğından sui-istifadəyə yol vermək olmaz",- deyə əlavə edib.
Millət vəkili Fəttah Heydərov Azərbaycanın müstəqilliyinin qorunub-yaşanmasında Heydər Əliyev və İlham Əliyevin rolundan danışıb. O, dəyirmi masa iştirakçılarını Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik edib.Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Eldar Mikayılov, Bakı yepiskopu Aleksandr Ata və başqaları çıxış edib.

Digər xəbərlər