PDF Oxu

Əsas

  • 15

“Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır”

“Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır”

"Azərbaycanda dözümlülük və tolerantlığın təmin edilməsinin kökündə dayanan əhəmiyyətli faktorlardan biri mili-mənəvi dəyərlər sistemidir". SİA- nın məlumatına görə, bunu "Müstəqilliyimiz və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən dəyirmi masada çıxışında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, regionda və dünyada Azərbaycanın mövqelərinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin möhkəm dayaqlar üzərində qərar tutması ölkənin müstəqilliyinin birbaşa nəticəsidir: "İnkişafın kökündə dayanan çoxlu amillər içərisində milli-mənəvi dəyərlər xüsusi qeyd olunmalıdır. Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır".
Əli Əhmədov onu da qeyd edib ki, hər bir xalqın və millətin milli-mənəvi dəyərlər sisteminin nüvəsini onun dini baxışları təşkil edir: "Din, dini inanclar sistemi də hər bir millətin inkişafında əhəmiyyətli rol oynayır. Dinə təkcə insanların inanclar sistemi kimi baxmağın tərəfdarı deyiləm. Din daha geniş, daha əhatəli dəyərlər sistemidir".

Digər xəbərlər