Məlum olduğu kimi, bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın BMT-dəki çıxışı zamanı Dağlıq Qarabağın heç bir zaman Azərbaycana qaytarılmayacağına dair səsləndirdiyi fikirlər ölkə siyasətçilərinin, ziyalıların və ictimaiyyətin kəskin hiddətinə səbəb olub.
YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov məsələyə münasibət bildirərək vurğulayıb ki, dünya dəyişir və bu proses hamının gözü qarşısında baş verir: "Dəyişən dünyanın parametrlərindən biri də təcavüzə, işğalçılığa, başqasının torpaqlarını tutub işğal altında saxlamaq siyasətinə bütün dünyanın "yox" deməsindən ibarətdir. Digər bir tərəfdən isə, Azərbaycanın mövqeləri, dünyadakı əhəmiyyəti gündən-günə artmaqdadır. Eynilə, Avropa məkanında Azərbaycanın nüfuzu artmaqdadır. Bunların hamısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini möhkəmləndirir. Təbii ki, Azərbaycanın mövqelərinin güclənməsi əks-tərəfin, yəni Ermənistanın mövqelərinin zəifləməsi ilə müşahidə olunur. Biz bunu aydın şəkildə görürük. Digər tərəfdən, Azərbaycanın mövqeləri, dünya üçün əhəmiyyəti gündən-günə artmaqdadır. Eynilə, Avropa məkanında ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirir və bu amil Ermənistanın mövqelərinin zəifləməsi ilə müşayiət olunmaqdadır. Ermənistan prezidenti Serj Sarkisyan itirilən mövqeyini yalnız ucadan səsləndirilən bəyanatlar kimi görünən çıxışları ilə kompensasiya etmək fikrindədir. Bu gün Ermənistanın iqtisadiyyatı çökməklə yanaşı, əhali ölkəni tərk edir. Bu yaxınlarda Ermənistan guya ki, hərbi parad keçirdi. Amma bu hadisə göstərdi ki, Ermənistanın qoşunları da, əslində, özünün deyil. İşğalçı dövlətin iqtisadiyyatı çoxdan əldən gedib, başqa dövlətin sərəncamına keçib. "Parad" isə göstərdi ki, Ermənistanın qoşunu da, bütün silahları da faktiki ona məxsus deyil. Belə olan təqdirdə, belə bir bəyanatın səsləndirilməsi Ermənistanın bir daha qatı təcavüzkar olmasından xəbər verir. Sarkisyanın bu bəyanatı, sözün həqiqi mənasında, Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir".
Ə.Əhmədov, həmçinin, onu da vurğulayıb ki, Sarkisyanın Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağı ilə bağlı sərsəm bəyanat səsləndirməsinin səbəbi onun öz ölkəsində mövqelərinin və rıçaqlarının kifayət qədər itirilməsi ilə əlaqədardır.
RƏFİQƏ