PDF Oxu

Əsas

  • 15

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi uğurlu layihələrini davam etdirəcək

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi uğurlu layihələrini davam etdirəcək

Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi yay aylarında çox uğurlu layihə həyata keçirdi. "Yay məktəbləri" adlı bu layihədə 600-dən çox gənc iştirak edərək, bir sıra məsələlərdə çox geniş təcrübə və bilik əldə etməklə yanaşı, həm də ölkənin müxtəlif bölgələrində səmərəli istirahət etdilər.

Üç istiqamətdə və dörd hissədə həyata keçirilən layihə Oğuz, Qəbələ və Lerik rayonlarında baş tutdu. Lahiyənin həyata keçirilməsində əsas məqsədlərdən biri də gənclərin asudə vaxtlarının düzgün qiymətləndirilməsi, onların bir-biriləri ilə sıx təmasda olması və ümumilikdə, gənclər siyasətinin sadəcə mərkəzdə deyil, eləcə də, regionlarda da həyata keçirilməsinin təmin olunmasından ibarət olub.

Xatırlatmaq lazımdır ki, YAP Gənclər Birliyi "Yay məktəbləri" lahiyəsinə hələ 2007- ci ildə start vermiş və bunu "Qış məktəbləri" adı altında qış aylarında da davam etdirmişdir. Sözügedən məktəblərdə YAP GB üzvü olan 5 mindən çox gənc iştirak edərək, yüksək təəssüratla ayrılmışlar.

Qeyd edək ki, onlarla birlikdə Milli Məclisin deputatları, komitə sədrləri, YAP rayon təşkilat sədrləri müxtəlif diskussiyalar aparıb, seminarlar keçiriblər.

YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədovun özünün də bu məktəblərdə iştirakı və gənclərlə bir arada olması, onlarda xüsusi əhval-ruhiyyə yaratmışdır. Digər bir məqam isə, məktəblərdə - "Azərbaycan dünən, bu gün və sabah", "Heydər Əliyev ideyaları əməli fəaliyyətdə", "Gənclik və müasirlik", "Azərbaycan qlobal məkanda" və sairə mövzularda müzakirə aparılmış, geniş fikir mübadiləsi edilmişdir. Bundan əlavə, intellektual və idman yarışlarının keçirilməsi də layihənin daha maraqlı xətt almasına şərait yaratmışdır.

Qeyd edək ki, YAP Gənclər Birliyi bu kimi layihələrin təşkilini qış aylarında da davam etdirəcək və bütün ölkə gənclərini əhatə edəcək.


R.KAMALQIZI

Digər xəbərlər