PDF Oxu

Əsas

  • 16

20 il müstəqillik yolunda

20 il müstəqillik yolunda

Dünən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı rayon icra hakimiyyəti aparatı ilə birgə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr edilmiş elmi-praktik konfrans keçirib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə, YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov, idarə, müəssisə rəhbərləri və YAP-nın fəalları iştirak ediblər.

Toplantıda çıxış edən rayonun icra başçısı Kamran Rzazadə Sovet imperiyasının süqutundan sonra bütün respublikalar kimi, Azərbaycan Respublikasının da Dövlət Müstəqilliyini əldə etməsi üçün yaranmış tarixi şəraitdən danışıb. O, Azərbaycan dövlətinin müstəqillik əldə etməsində və sonradan onun qorunub saxlanmasında xalqımızın Dahi Şəxsiyyəti, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov qeyd edib ki, XX əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mənfi təzahürlər müşahidə edilmişdir. R.Muradov cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin tez bir zamanda süquta uğramasının əsas səbəblərindən birinin xalqı öz arxasınca sona qədər aparmağa qadir liderin olmamasını xüsusilə vurğulamışdır. Bu baxımdan yaxın tarixdə Mustafa Kamal Atatürkün 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin yaradıcısı olduğundan, Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyətin Ümummilli Lider Heydər Əliyevin bir ömrə sığmayan xidmətlərindən danışan natiq Ulu Öndərin əziz xatirəsinin qədirbilən xalqımızın ürəklərində daim yaşayacağını bildirib.

Tədbirdə Gədəbəy RİH-in birinci müavini Qüdrət Paşayev, təhsil şöbəsinin müdiri Ramiz Məmmədov çıxış edərək, dövlət müstəqilliyimizin qorunub saxlanmasında Ulu Öndərin xidmətlərindən danışaraq, bu yolu Prezident İlham Əliyev cənablarının uğurla davam etdirməsindən danışıblar.

Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi ilə əlaqədar YAP Gədəbəy rayon təşkilatının 15 sentyabr 2011-ci il tarixli qərarına əsasən, bir qrup YAP fəalı Yeni Azərbaycan Partiyasının ictimai-siyasi işlərində fəal xidmətlərinə görə fəxri fərmanla təltif ediliblər. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş bir qrup gənclərə YAP-ın vəsiqələri təntənəli şəkildə təqdim edilmişdir.

Rəfiqə

Digər xəbərlər