YAP-ın Nizamnaməsinə müvafiq olaraq Kürdəmir rayonunda keçiriləcək VIII konfransa hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarında hesabat -seçki yığıncaqlarına start verilmişdir. Bununla əlaqədar idarə heyətində 18 nəfərdən ibarət təşkilat komitəsi yaradılmış, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə dair qrafik təsdiq edilmişdir.
Konfransa hazırlıq ərəfəsində rayon təşkilatında 6476 YAP üzvünü birləşdirən 117 ərazi ilk partiya təşkilatlarının hamısında hesabat-seçkilər keçiriləcəkdir. Oktyabr ayının 1-dən etibarən 21 ilk partiya təşkilatında mütəşəkkil qaydada, partiyamızın cəmiyyətdə tutduğu aparıcı mövqeyə cavab verən səviyyədə hesabat-seçkilər keçirilmişdir. Keçirilən hesabat-seçki yığıncaqlarında rayon təşkilatının idarə heyəti üzvləri yaxından iştirak edirlər. Atakişili kənd , O.Mirzəyev adına , M.Ə.Rəsulzadə adına, F.Həşimov adına "DSMF" ərazi ilk partiya təşkilatlarında hesabat-seçkilər xüsusilə yüksək səviyyədə təşkil olunmuşdur.
Hesabat-seçki yığıncaqları partiyamızın monolitliyini və daxili birliyini nümayiş etdirir. Yüksək fəallıq şəraitində keçirilən hesabat-seçki yığıncaqlarında YAP üzvləri partiyamızın Proqramını, məram və məqsədlərini bundan sonra da əzmlə yerinə yetirəcəklərini, Ümummilli lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyev ideyalarına sadiq olduqlarını bildirirlər.
Yığıncaqların hesabat məruzələrində və çıxışlarda möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin daxili və xarici siyasəti yüksək qiymətləndirilmişdir. YAP üzvləri müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə titanik fəaliyyətində cənab İlham Əliyevin bundan sonra da yaxın köməkçiləri olacaqlarını vurğulamışlar.
Hesabat seçkilərdə regionların sosial-iqtisadi inkişafı Proqramlarının yerlərdə uğurla yerinə yetirilməsindən, o cümlədən rayonumuzda gedən quruculıuq-abadlıq işlərindən və bu tədbirlərdə Yeni Azərbaycan Partiyası üzvlərinin fəal iştirakından geniş danışılmışdır.
Hesabat-seçki yığıncaqlarının oktyabrın 25-dək başa çatdırılması nəzərdə tutulmuşdur.