Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudu. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal olaraq müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaranmış Şirvanşahlar, Eldəgiz, Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirdi və Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltdi. Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı. 1918-ci il mayın 28-də Şərqdə ilk Demokratik Respublika -Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Lakin respublikanın ömrü qısa oldu. Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan cəmi 23 aydan sonra süqut etdi.
Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, özünün elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqilliyi üçün lazımi əsaslar yaratmışdır. Bəs biz gənclər bu müstəqilliyi necə dərk edirik? Bəlkə də tarixi bilməyən gənclər Azərbaycanın müstəqilliyinin əldə edilməsi üçün necə əzablı yollar keçdiyini bilmir. Elə isə, tarixə nəzər salaq, 20 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın tarixi arzularının reallaşması idi. Bizim müstəqilliyə gedən yolumuz, həqiqətən, çox mürəkkəb olub.
Dünyada baş verən ictimai-siyasi proseslər sovet imperiyasının zəifləməsinə və tamamilə çökməsinə şərait yaratdı. Bu dövrdə sovet rəhbərlərinin əlləri artıq Azərbaycan xalqının qanına bulanmışdı və respublika Sovet İttifaqının tərkibindən çıxmağa son qərarını vermişdi. Belə ki, 1980-ci illərin sonunda sovet rejiminin dağılma prosesinin başlandığı aydın idi. Elə məhz həmən dövrlərdə Dağlıq Qarabağda separatçı hərəkat, alçaq Ermənistanın təcavüzü başladı. O dövrlərdə hakimiyyət orqanlarının bütün bu baş verən hadisələrə qarşı biganəliyi Azərbaycanda xalq hərəkatına təkan verdi. Elə bir məqam yetişdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması böyük təhlükə altına düşdü.
Belə ağır dövrdə respublika rəhbərliyinə yaxınlaşmaqda olan təhlükəni hiss edən, lakin siyasi sayıqlığını itirməyən xalqın tələbi ilə hər bir azərbaycanlıların inam və güvənc yeri olan, zəngin siyasi təcrübəyə malik olan güclü bir dövlət xadiminin gəlməsi vəziyyəti kökündən dəyişdirərək Azərbaycana qarşı qurulan məkrli planlarını alt-üst etdi.
Reallıq bu idi ki, sovet imperiya müstəmləkəsindən yenicə qurtulmuş, 1993-cü ilə qədər səriştəsiz, təsadüfi adamların rəhbərliyi nəticəsində müstəqil bir dövlət kimi möhkəmlənə bilməyən Azərbaycanın vəziyyəti bu ölkədə geostrateji marağı olan, həm də Qafqazın bu regiona yağlı tikə, baxan bu dövrlərin istəklərinə tam uyğun idi. Ölkənin strateji baxımdan olduqca əhəmiyyətli coğrafi məkanda yerləşməsi, zəngin sərvətlərə malik olması dünyanın inkişaf etmiş dövrlərinin siyasi və iqtisadi maraqlarını bu dövlətə yönəldirdi.
Azərbaycanın dövlətçiliyinin sabahını düşünənlər Heydər Əliyevə üz tutdular. Heydər Əliyev bu çağırışdan imtina etmədi, çünki bütün ömrünü uğrunda həsr etdiyi Azərbaycanın dağılmasına gözü görə-görə razı ola bilməzdi.
Böyük insan müstəqilliyimiz dövründə hələ çox gənc olan və kifayət qədər tanınmamış respublikamızı misilsiz xidmətlərilə beynəlxalq arenada öz sözünü deyə bilən bir dövlət kimi tanıtdı. Onun hakimiyyətə gəldiyi 1993-cü ilə qədər beynəlxalq ictimaiyyət informasiya blokadasında olan Azərbaycan Respublikası ciddi problemlərlə üzləşmiş, dövlət müstəqilliyinin yaşaması sual altında olan zəngin yeraltı və yerüstü sərvətlərə malik bir ölkə kimi tanıyırdı. Xalqımız baharda qazandığı və baharda itirdiyi dövlət müstəqilliyini 1991-ci ildə bərpa etdi.
1991-ci il avqustun 30-un da Azərbaycan Respublikasının növbədənkənar sessiyasinda dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq 1918-1920-ci illərdə Azərbaycanın artıq istiqlalını dövlət kimi tanınması Azərbaycan bir suverən dövlət kimi dünya ictimaiyyəti tərəfindən tanınması. Azərbaycan Konstitusiyasına əsasən bütün beynəlxalq normalara riayət edilməsi, milliyyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanların qanunlarına riayət etmək və başqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyyətinin bərpa olunma qərarını qəbul edir.
Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı rəsmən təsbit olunub. Bu andan, yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz öz istiqlalı olan bir ölkədir.
1994-cü ilin 15 oktyabr tarixindən Azərbaycan Respublikasının Prezdentinin Fərmanı ilə 18 oktyabr Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.
Respublikamız müstəqillik qazandıqdan sonra Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü il sentyabrın 20-də Bakıda təntənəli şəraitdə Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsinin 11 iri neft şirkəti arasında "Əsrin müqaviləsi" adlanan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işləməsi haqda saziş imzalandı və bununla da, dövlətçiliyimiz üçün əsas təhlükələr aradan qalxdı. Müstəqillik qazanan Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmaq istiqamətində real addımları da bundan sonraya təsadüf etdi və bir sıra beynəlxalq təşkilatlara üzv seçilən ölkəmiz 2001-ci ildə "Avropa dövlətlərinin ailəsi" sayılan Avropa Şurasına qəbul edildi.
Azərbaycanda elmin, idmanın, əhalinin yaşayış səviyyəsinin inkişafına böyük diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyev 1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçiriliməsində fəal iştirak etmişdir. Prezidentimiz Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir.
İlham Əliyevin idmana göstərdiyi qayğı onun 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinə səbəb olmuşdu. İdmanın və olimpiya həyatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 2003-2008-ci illərdə olimpiya idman kompleksi tikilməsi əmri verilib. 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin 1-ci müavini, 2005-ci ildən isə partiyanın Sədri seçilmişdi.
İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycanımız üçün olduqca vacib və əhəmiyyətli işlər görmüşdü. 4 beynəlxalq aeroport istimara verilmiş, 700 meqavat gücündə 8 elektrik stansiyası tikilib ki, bunun da nəticəsində Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin etmək və onu ixrac etmək potensialı qazanıb. Minlərlə kilometr yol salınıb. 741 min yeni iş yeri açılıb ki, onlardan da 531 mini daimi iş yerləridir.
Əgər 2003-cü ildə yoxsulluq şəraitində yaşayanların sayı əhalinin 49 faizini təşkil edirdisə, 2010-cu ilin yekunlarına görə bu rəqəm 14 faizə düşüb. 600 min nəfərə ünvanlı sosial yardım verilir. "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta, pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qəbul edilib. Biz gənclər çox yaxşı bilirik ki, 1600 yeni məktəb tikilib, yüzlərlə məktəb təmir olunub, 16 təhsil müəssisələrinin problemlərinin həlli üçün 5 milyard, səhiyyə müəssisələrinin problemlərinin həlli üçünsə 2 milyard manat vəsait xərclənib, diaqnostika mərkəzləri, xəstəxana və poliklinikalar inşa olunub.
"Biz müstəqil olandan sonra nə etdik" Sualına cavab kimi Ümummilli Lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin gördüyü işləri qeyd etmək yerinə düşər. Biz gənclərin də borcu bu siyasəti dəstəkləməkdir. Ulu Öndər demişkən mən fəxr edirəm ki, azərbaycanlıyam.
Nuranə Abdurəhmanova