Azərbaycanın ictimai, siyasi, mədəni həyatında rol oynayan, fəaliyyəti, istedadı və əqidəsi ilə xalqına xidmət edən ziyalılar dövlət tərəfindən yüksək qiymətini alır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tanınmış ziyalılara fəxri adların, mükafatların verilməsi, yubiley tədbirlərinin respublika səviyyəsində təşkili məhz ziyalılara, xalqın sayseçmə övladlarına dövlət tərəfindən göstərilən qayğının təzahürüdür. Bu ənənənin davamı olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Zamanovun 100 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanıb. Sərəncamda qeyd olunur ki, özünün zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərib. Ölkəmizdəki yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda hazırlanmasında onun böyük əməyi vardır. Məhz bu keyfiyyətlər nəzərə alınaraq, onun yubileyi dövlət səviyyəsində qeyd olunacaq.
Xalqımızın bədii-ictimai fikir tarixinin tədqiqi, eləcə də, mədəni irsimizin və mənəvi sərvətlərimizin təbliği işinə mühüm töhfələr vermiş professor Abbas Zamanovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə onun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayacaq. Bununla yanaşı, Sərəncama əsasən Abbas Zamanovun xatirəsi əbədiləşdiriləcək. Qeyd edim ki, Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvanın Şərur rayonunun Maxta kəndində anadan olub. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışıb, iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləyib. Sonra "Ədəbiyyat" qəzetində məsul katib və "Azərnəşr"in bədii ədəbiyyat şöbəsinə müdir təyin edilib. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirib və oraya müəllimliyə dəvət edilib. Opera Teatrının və filarmoniyanın direktoru olub. M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik edib. İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışıb.
Onun elmi fəaliyyəti müxtəlif mükafatlarla təltif edilib.
NƏZAKƏT "Qondar