PDF Oxu

Əsas

  • 18

“Müasir Azərbaycan dövrün baxışında” kitabının təqdimat mərasimi keçirilib

“Müasir Azərbaycan dövrün baxışında” kitabının təqdimat mərasimi keçirilib

İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan ikicildliyi "Azərbaycan" qəzetinin redaksiyası hazırlayıb çap edib. Kitab müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilib.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və KİV təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov bildirib ki, kitabın başlıca məziyyəti müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev siyasətinin təntənəsinin, ümummilli liderin ideallarının layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi, milli maraqlara söykənən sürətli inkişaf dinamikasının uğurlarının tarixi-politoloji prizmadan təhlil edilərək qiymətləndirilməsindən ibarətdir.

A.Aslanov deyib ki, kitabda müstəqillik yollarında qarşıya çıxan və uğurlu həllini tapan iqtisadi problemlərdən, həyata keçirilən möhtəşəm layihələrdən, Azərbaycanı modern dövlətə çevirən islahatlardan, demokratik vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunan uğurlardan maraqlı publisistik maneralarla söhbət açılıb. Təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov, YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı Fərəc Quliyev və "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək, kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə çap olunmuş bu kitabda müstəqil Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlardan, əldə etdiyi səmərəli nəticələrdən, ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərdə böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan geniş söz açılıb. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər təkcə ədəbi-bədii siferaları əhatə etməmiş, elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə görülən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin hazırlamışdır.

Vurğulanmışdır ki, kitabda ulu öndər Heydər Əliyevin böyük zəhmət, yenilməz iradə, sarsılmaz qətiyyət bahasına qurub-yaratdığı, uğur magistralına çıxardığı, onun layiqli davamçısı İlham Əliyevin daha da inkişaf etdirərək hər bir Azərbaycan vətəndaşının milli qürur yerinə çevirdiyi müstəqil dövlətin ötən müddətdə qət etdiyi möhtəşəm yola nəzər salınmış və qazanılmış nailiyyətlərin düzgün dəyərləndirilərək gələcək nəsillərə çatdırılması bir missiya olaraq qarşıya qoyulub.

Digər xəbərlər