PDF Oxu

Əsas

  • 11

Sergey Narışkin AzərTAc-ın baş direktoru Aslan Aslanova “Dostluq” ordenini təqdim edib

Sergey Narışkin AzərTAc-ın baş direktoru Aslan Aslanova “Dostluq” ordenini təqdim edib

Rusiya Federasiyasının Prezidenti Administrasiyasının başçısı Sergey Narışkin Azərbaycan Dövlət Telerqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanova Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib. AzərTAc xəbər verir ki, təntənəli təqdimat mərasimi Rusiyanın Azərbaycandakı səfirliyində keçirilib.

Sergey Narışkin bildirib ki, Aslan Aslanov bu yüksək dövlət mükafatına Rusiya-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfəsinə görə Rusiya Prezidenti Dmitri Medvedevin Fərmanı ilə layiq görülüb: "Siz Azərbaycanın ən böyük informasiya agentliyinə başçılıq edərək, uzun illərdir ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına böyük töhfə verirsiniz. Sizin sayənizdə azərbaycanlılar ölkəmizdə baş verən hadisələr, Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq planları barədə məlumat əldə edirlər. Rus dilinin mövqeyinin möhkəmlənməsində oynadığınız rolu böyük məmnunluq hissi ilə vurğulamaq istəyirəm. Siz Müstəqil Dövlətlər Birliyi məkanında informasiya siyasətinin möhkəmlənməsi üçün çox iş görürsünüz".

AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiya Federasiyasının yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirib: "Bu mükafata Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfəmə görə layiq görülməyimdən xüsusi qürur hissi keçirirəm. Sadə əməyimin bu dərəcədə yüksək qiymətləndirildiyinə görə Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedevə hədsiz minnətdarlığımı bildirmək istəyirəm". Mükafatlandırma mərasimində Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, aparıcı Rusiya və Azərbaycan KİV-lərinin rəhbərləri iştirak etmişlər.

Digər xəbərlər