PDF Oxu

Əsas

  • 22

“Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir”

“Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir”

Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir. AzərTAc xəbər verir ki, bu sözləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edən Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl jurnalistlərə açıqlamasında deyib.

S.Dəmirəl deyib ki, ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın əziz xatirəsi bütün türk xalqının qəlbində əbədi yaşayacaq. Türk xalqı heç vaxt onları unutmayacaq. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi şəxsiyyət ilə hər zaman fəxr etməlidir. O, Azərbaycanın ən böyük övladıdır: "Bu gün Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Arzu edirəm ki, Azərbaycan dövlətinin yolu hər zaman açıq olsun".

Nəzakət

Digər xəbərlər