PDF Oxu

Əsas

  • 10

Müstəqilliyimizin 20 illiyi ilə bağlı tədbirlər davam edir

Müstəqilliyimizin 20 illiyi ilə bağlı tədbirlər davam edir

Nəsimi rayon icra hakimiyyəti, YAP Nəsimi rayon təşkilatı və Bakı şəhər Mədəniyyət və Turizm

İdarəsinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Respublikamızın hər yerində bayram əhval-ruhiyyəsi duyulur. Dövlət müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq Nəsimi rayonunda da sentyabrın 14-dən bütün ərazilərdə müxtəlif mövzularda yığıncaqlar keçirilir, elmi-praktik konfranslar təşkil olunur, dəyirmi masalar, idman yarışları, inşa yazı müsabiqələri, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgilər, asfalt üzərində rəsm əsərlərinin müsabiqələri keçirilir. Nəsimi rayon icra hakimiyyəti, YAP Nəsimi rayon təşkilatı və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti tədbir rayonun S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişdiyi yerdə yerləşən bağda keçirilib. YAP Nəsimi rayon təşkilatının üzvlərinin, rayonun ziyalılarının, müəssisə və idarə rəhbərlərinin, rayon ictimaiyyətinin iştirak etdiyi, dövlət müstəqilliyimizin 20 illiyi ilə əlaqədar keçirilən tədbirdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək, hamını bu əziz tarixi bayram münasibəti ilə təbrik edib. N.Məhəməliyev onu da bildirib ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən - məhz Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəlməsi ilə başlandı: "Elə həmin tarixi ildən Azərbaycanın ən parlaq səhifələri yazıldı. Azərbaycan həmin ilə qədər bütün sahələrdə geridə qalmış respblikalar cərgəsində idi. Lakin 1969-cu ildən sonra Azərbaycan lider respublikalar cərgəsinə çıxaraq, birincilər sırasına daxil oldu. Həmçinin, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Uzaqgörən Lider Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur".

Natiq onu da bildirdi ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi və əsil siyasi-fəlsəfə məktəbinə çevrilmişdir: "Hazırda Dahi Öndər siyasətinin uğurlu davamı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən inam və qətiyyətlə reallaşdırılmaqdadır. Qafqazda hökm sürən regional sabitliyi və təhlükəsizliyi Azərbaycansız təsəvvür etməyin qeyri-mümkün olduğunu söyləyən natiq, xüsusilə, qeyd edib ki, bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, yeni-yeni uğurlar qazanır".

Görüşdə Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi tərəfindən təşkil edilmiş kitab sərgisində "Ümummilli Lider Heydər Əliyev", "Azərbaycan Respublikasının Prezidenti", "Heydər Əliyev Fondu", "Tarixin yaddaşı" və sairə bu kimi stendlər görüş iştirakçılarının marağına səbəb olub.

Tədbirdə, həmçinin, H.Sarabski adına Mədəniyyət Evi, rayonun musiqi məktəblərinin kollektivi və respublikamızın tanınmış incəsənət ustaları böyük konsert proqramı ilə çıxış ediblər.

RƏFİQƏ

Digər xəbərlər