PDF Oxu

Əsas

  • 13

“Bakıda möhtəşəm bir inkişafın şahidi oldum”

“Bakıda möhtəşəm bir inkişafın şahidi oldum”

"Müstəqilliyinin iyirmi ili ərzində Azərbaycanda böyük dəyişikliklər olmuşdur". Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlamasında Bakıda möhtəşəm bir inkişafın şahidi olduğunu söyləmişdir.

S. Dəmirəl demişdir ki, müstəqilliyinin iyirmi ili ərzində Azərbaycanda böyük dəyişikliklər olmuşdur. Bakıda möhtəşəm bir inkişafın şahidi oldum və açıq desəm, bu mənim gözlərimi qamaşdırdı. Bu münasibətlə mən Prezident İlham Əliyevi və hökumətini təbrik edirəm. Bakı bir müasir dünya şəhəri olmuşdur. Yüksək binaları, geniş prospektləri ilə həqiqətən fəxr olunacaq bir şəhər görməkdən qürur duydum.

Türkiyənin IX Prezidenti daha sonra demişdir ki, türk dünyasında Sovet İttifaqının dağılmasından sonra meydana gələn coğrafiyada Azərbaycanın timsalında bir ulduz ölkə doğulmuşdur. Mən buna çox sevindim. Yüksək qonaqpərvərliyə görə hörmətli Prezident İlham Əliyevə də təşəkkkürümü bildirirəm. Əziz dostum və qardaşım Heydər Əliyevi də rəhmətlə anıram. Onun məzarını ziyarət etdim. Mən Bakıdakı Şəhidlər xiyabanını da ziyarət edərək, əsgərlərimizin ruhlarına dua oxudum. Bununla iki ölkə arasında dostluğa və qardaşlığa töhfə vermək istədim.

Digər xəbərlər