PDF Oxu

Əsas

  • 24

“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun saxlanması regionda yeni müharibəyə səbəb ola bilər”

“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun saxlanması regionda yeni müharibəyə səbəb ola bilər”

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud status-kvonun saxlanması regionda yeni müharibənin başlanmasına səbəb ola bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan dəfələrlə bəyan edib və beynəlxalq aləm də Azərbaycanı məhz bu yoldan çəkindirməyə çalışıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün müharibəyə əl atmasın. Amma dəfələrlə Azərbaycan Prezidenti bəyan edib ki, Azərbaycanın səbrinin də bir həddi var. Bu status-kvo sonsuzluğa qədər belə davam edəcəksə, Azərbaycan bunu gözləyə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün ixtiyarında olan həm hüquqi, həm də digər vasitələrdən istifadə edəcək", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, bu baxımdan son zamanlar beynəlxalq aləm, xüsusən də ATƏT-in sülhyaratma missiyasında iştirak edən Minsk qrupunun həmsədrləri təkidlə mövcud status-kvonun dəyişdirilməsini tələb edirlər, bunun saxlanmasını qəbulolunmaz sayırlar.

"Azərbaycanı da bu status dəyişənə qədər başqa vasitələrə əl atmaqdan çəkindirməyə çalışırlar. Amma Azərbaycan militarist dövlət deyil. Azərbaycan heç kimin torpaqlarında gözü olmayan bir dövlətdir. Azərbaycanın əsas məqsədi öz dövlət suverenliyini qorumaq, təmin etmək, ərazi bötövlüyünü bərpa etmək, vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək və regionda sülhə nail olmaqdan ibarətdir. Ona görə də Azərbaycan maksimum çalışır ki, bu danışıqlar prosesindən istifadə etsin və sülhyaratma prosesinə əlavə vasitələr, o cümlədən hərbi yola əl atmadan nail olsun. Amma status-kvo dəyişməyəcəksə, söz yox ki, Azərbaycanın hüquqları özündə qalır və Azərbaycan bu hüquqları heç kimə güzəştə getmək fikrində deyil", - Həsənov əlavə edib.

Digər xəbərlər