PDF Oxu

Əsas

  • 15

Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster Heydər Əliyev Fondunda olub

Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster Heydər Əliyev Fondunda olub

Bakıda səfərdə olan Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster oktyabrın 13-də Heydər Əliyev Fondunu ziyarət edib. AzərTAc-ın məlumatına görə, qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti və məqsədləri barədə məlumat verilib.

Bildirilib ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

R.Şuster ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirib. Qonaq görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, ulu öndərimiz haqqında kitablara, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla baxıb. R.Şuster Fondun xatirə kitabına ürək sözlərini yazıb. Hörmətli qonağa Heydər Əliyev Fondunun nəşri olan "Azərbaycan" kitabı hədiyyə verilib. Qonaq Fonddan zəngin təəssüratla ayrılıb.

Digər xəbərlər