PDF Oxu

Əsas

  • 20

Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

Dünən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradovun sədrliyi ilə rayon təşkilatının şura iclası keçirilmişdir. Təşkilat sədri öz çıxışında bildirib ki, sentyabrın 24-də Bakı şəhərində keçirilmiş rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi haqqında şura üzvlərinə məlumat verib.

R.Muradov YAP Sədrinin müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun tədbirdə çıxışındakı mühüm məqamlara toxunaraq bildirib ki, YAP-ın Nizamnaməsinə uyğun olaraq, noyabr ayında partiyanın rayon və şəhər təşkilatlarının konfransları keçirilməlidir: "Ötən il ölkəmizdə parlament seçkiləri keçirildi. YAP da digər siyasi təşkilatlar kimi seçkilərə qatıldı. Ondan öncə bələdiyyə və prezident seçkiləri keçirilmişdir. Ona görə də rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə zaman baxımından imkan olmamışdır. Artıq indi bunun üçün imkanlar var. Bu vaxtdan istifadə edib, rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Növbəti konfransın yüksək səviyyədə keçirilməsinə nail olmaq üçün, ilk növbədə, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlamalıyıq".

R.Muradov xatırlatdı ki, YAP Sədrinin müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov hesabat-seçki yığıncaqlarında hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar da tövsiyələrini bildirib. Belə ki, R.Muradov Əli Əhmədovun həyata keçirilən müsbət işləri bəyan etməsini də xatırladaraq, onun çatışmazlıqların araşdırılmasını məqbul hesab etdiyini bildirib: "Hesabat-seçki yığıncaqlarında gənclərin partiyada sayının çoxalması ilə əlaqədar onların təşkilatı fəaliyyətində yüksək əlaqələndirmə mexanizminin yaradılmasını, çoxsaylı üzvləri olan ilk təşkilatların idarə olunmasının təkmilləşdirilməsini diqqət mərkəzində saxlamalıyıq. Yığıncaqlarda partiyadaxili cari məsələlər müzakirə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Hesabat dövründə şuranın və idarə heyətinin müəyyənləşdirdiyi vəzifələri kifayət qədər ardıcıl şəkildə həyata keçirə bilməyən ilk təşkilat sədrlərini yeniləşdirməli, gənclərin partiya işinə cəlb olunmasına diqqət yetirməliyik".

Beləliklə, YAP Gədəbəy rayon təşkilatında fəaliyyət göstərən 72 ərazi ilk partiya təşkilatlarından rayon təşkilatının VIII konfransına nümayəndələr seçilməsi ilə əlaqədar hesabat-seçki yığıncaqlarının mütəşəkkil keçirilməsi üçün təşkilat sədrinin rəhbərliyi ilə idarə heyəti üzvləri və partiya fəalları arasında iş bölgüsü aparılmışdır. Onu da qeyd edək ki, oktyabrın 3-dən başlayaraq, YAP Gədəbəy rayon təşkilatı tərəfindən tərtib edilmiş qrafik əsasında ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi uğurla davam etdirilir.

Belə ki, daha öncə Gədəbəy rayonunun Samanlıq, Pərizamanlı və Qoşabulaq kənd ərazi ilk partiya təşkilatlarında rayon təşkilatının VIII konfransına nümayəndələrin seçilməsi ilə əlaqədar hesabat-seçki yığıncaqları keçirilmişdir.


R.RƏSULOV

Digər xəbərlər