PDF Oxu

Əsas

  • 18

“Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək” layihəsinə yekun vurulub

“Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən 01 aprel 2011-ci il tarixdən həyata keçirilən "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək" layihəsinə yekun vurulub.

SİA-nın ictimai birlikdən aldığı məlumata görə, həyata keçirilən layihənin əsas məqsədi "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında Azərbaycan Respublikası qanunlarının yerlərdə müvafiq icra orqanları tərəfindən tətbiq olunmasna nəzarət etmək və Dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələrin ortaya çıxmış təhsil-sosial problemlərinin həllinə kömək edərək onlara diqqət və qayğını artırmaq idi.

"Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək" layihəsinin yekunu və nəticələri ilə əlaqədar olaraq müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil ailələrin, tələbələrin və Qeyri Hökumət Təşkilatların rəhbərlərinin iştirakı ilə 10 oktyabr 2011-ci il tarixində saat 12-00-da Binəqədi rayon PİRİNS şadlıq evində iclas keçirilib.

Layihənənin rəhbəri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyevin qeyd edib ki, təşkilata daxil olmuş müraciətlərə əsasən apardığımız araşdrmalara əsasən bəzi dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələrin təsillə bağlı müəyyən problemlərlə üzləşdikləri məlum olub.

Dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələr təhsil haqqını ödəməkdə çətinliklə üzləşirlər. Bəzən onlar təhsil haqqını ödəyə bilmədiyi üçün onlar oxuduqları məktəbələrdən xaric edilirlər. Bundan əlavə isə ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, məlum səbəblərə görə, Azərbaycan Beynəlxalq Unverstetin bağlandıqdan sonra 100 yaxın şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmə tələbələr təhsildən kənar qalaraq hələdə heç bir məktəbə yerləşdirilməyib. Bu ailələr bilmirlər ki, onların gələcək aqibətləri necə olacaq.

R.Ağamalıyev bildirib ki, layihə çərçivəsində sözü gedən problemin həlli ilə baqlı dəfələrlə Təhsil Nazirliyinə rəsmi məktub yazilsa da, problemlər yaşanan Ali məktəblərdə manitorinqlər keçirmək, tələbələrə kömək etmək üçün icazə verməyiblər. Nazirlikdən imtina edərək bütün ali məktəblərdə aztəminatlı tələbələr güzəştli təhsildən və sosial yardmlardan istifadə etdikləri üçun adıçəkilən təhsil müəssələrində manitorinqlərin keçirilməsinə ehtiyac olmadığını bildiriblər.

Tədbirdə iştirak edən şəhid, əlil ailələrin, tələbələr və Qeyri Hökumət Təşkilatların nümayəndələri çıxış edərək ali məktəblərdə təhsi alan tələbələrin üzləştikləri problemlərdən və yaşadıqları sosial qayğılardan danışıblar, Onlar həmçinin layihə çərçivəsində qaldırılan problemlərin çox ciddi olduğunu da bildiriblər.

Digər xəbərlər