Məlum olduğu kimi, Azərbaycanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatları VIII konfransa hazırlıq işlərini davam etdirməkdədirlər. Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatında da bu işlər uğurla davam etdirilir. Tərtib olunmuş qrafikə əsasən, ayın sonuna kimi, artıq 90 ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçiriləcəkdir. Təşkilatlarda keçirilən hesabat-seçki yığıncaqlarında rayon təşkilatının şura üzvləri və aparatın məsul işçiləri iştirak edirlər.
Hesabat seçki yığıncağında YAP Masallı rayon təşkilatının sədr əvəzi S.Paşayev çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkədə alternativsizdir və bu təşkilatın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: "Bu gün hər birimiz Yeni Azərbaycan Partiyasının üzvü olduğumuza görə fəxr edirik".
S.Paşayev YAP Mahmudavar ərazi ilk partiya təşkilatında 186 nəfər partiya üzvünün olduğunu və oradan konfransa 6 nəfər nümayəndə seçildiyini bildirib.
YAP Siyasi Şuranin üzvü Ş.Əbilov isə öz çıxışında qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının ən qüdrətli siyasi təşkilata çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin bu partiyanı yaratması sayəsində gerçəkləşib: " Bu gün partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında daha güclü və daha qüdrətli siyasi təşkilat kimi öz xalqına xidmət edir".
Ş.Əbilov şəhər 2 saylı orta məktəb ərazi ilk partiya təşkilatında 25 nəfərin olduğubu bildirərək, qeyd edib ki, ərazi ilk partiya təşkilatından konfransa 1 nəfər nümayəndə seçilib. Sonra hesabat-seçki yığıncağında YAP Masallı rayon təşkilatının idarə heyətinin üzvü S.Əliyev çıxış edərək, bildirib ki, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır".
S.Əliyev bildirib ki, Güllütəpə ərazi ilk partiya təşkilatında 177 nəfər partiya üzv mövcuddur və oradan konfransa 5 nəfər nümayəndə seçilib. Hesabat-seçki yığıncağında çıxış edən YAP Masallı rayon təşkilatının aparat rəhbəri Q.Hadıyev isə bu ərəfədə Azərbaycan xalqının müstəqillik bayramını böyük coşqu ilə qeyd etdiyini bildirib. O, vurğulayıb ki, "Ölkə müstəqilliyinin qazanılması nə qədər çətin olsa da, onu qoruyub saxlamaq daha çətindir. Məhz bu səbəbdən də, hər birimiz bilməyə borcluyuq ki, dövlət müstəqilliyimizin bərpası bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən reallaşdırılmışdır". Daha sonra qeyd edilmişdir ki, YAP mərkəzi xəstəxana ərazi ilk təşkilatında, ümumilikdə, 479 partiya üzvü var. Həmin üzvlərdən 14 nəfər nümayəndə seçilmiş və onların konfransda iştirakları tövsiyə edilmişdir.
R. RÖVŞƏN