PDF Oxu

Əsas

  • 18

“Fransa prezidentinin diplomatik səyləri və Ermənistanın yanında olması hələ heç nə demək deyil”

“Fransa prezidentinin diplomatik səyləri və Ermənistanın yanında olması hələ heç nə demək deyil”

- Fransa prezidentinin Ermənistanın dövlət başçısına ünvanladığı məktubunda qeyd olunur ki, Fransa Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində Ermənistanın yanındadır. Fransa ermənipərəst mövqeyi ilə münaqişənin həllinə hər hansı bir təsir göstərə bilərmi?

- Bu, Fransa prezidentinin Cənubi Qafqaza ilk səfəri idi. Hətta bu ölkənin Ermənistanla sıx münasibətləri olmasına baxmayaraq ayrıca səfər edilmirdi. Digər ölkələrlə müqayisədə Ermənistan Fransa üçün o qədər də əhəmiyyət kəsb etmirdi. Ümumilikdə isə Sarkozi gələn il keçiriləcək prezident seçkiləri öncəsi Fransadakı erməni icmasının etimadını qazanmaq, səslərini öz tərəfinə çəkmək üçün regiona, o cümlədən Ermənistana səfər etdi. Fransa prezidentinin Sarkisyana göndərdiyi məktubu bu günlər dünya mətbuatının diqqətindədir. Diplomatik tonda yazılan, gələn il prezident seçkilərinə hesablanan bu məktubun siyasi çalarları çoxdur. Prinsipcə məktubda Dağlıq Qarabağ məsələsində Fransa yeni bir söz demir və Ermənistanın gözlədiyi, yəni Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıma məsələsinə Fransa tərəfdən kiçicik bir işarə belə yoxdur. Onun diplomatik səyləri və Ermənistanın yanında olması hələ heç nə demək deyil. Bununla belə çox arzu olunardı ki, cənab Sarkozi eyni mətnli məktubu, eyni dövrdə Azərbaycan prezidentinə göndərərdi. Bununla da özünün tərəfsiz olduğunu, danışıqlarda məhz vasitəçi olduğunu bir daha vurğulayardı. Çox istərdik ki, Fransa xarici siyasətində Ermənistana həddindən artıq yönəlmək əvəzinə, obyektivliyi regional dövlətləri ilə münasibət qurmaq istiqamətini dəyişəydi.

- Rusiyanın vasitəçiliyi ilə münaqişənin həllində səylər heç bir nəticə vermədi, ardınca Sarkozinin, daha sonra ABŞ dövlət katibinin bölgəyə səfəri Rusiyanın bölgədə sıxışdırılmasını deməyə əsas verirmi ?

- Cənubi Qafqaz bölgəsi açıq bir bölgədir. Ərazicə balaca olsa da burada hər bir güclü dövlətin öz maraqları ola bilər. ABŞ və Fransanın Qafqazla bağlı siyasətinin fəallaşması Rusiyanı bölgədə sıxışdırmaq kimi qiymətləndirmək olmaz, çünki Rusiya Qafqazın bir hissəsidir. Sadəcə olaraq onlar da münaqişənin həllində Rusiya kimi aktiv olmağa cəhd edirlər. Rusiya bu problemin həllində öz maraqlarını ortaya qoyur. Böyük dövlət başçılarının bölgəyə səfəri şübhəsiz regionun əhəmiyyətinin artması ilə bağlıdır. Region artıq dünya siyasətində vacib sektora çevrilib. Dövlət başçılarının regiona səfəri Dağlıq Qarabağla bağlıdırsa bu alqışlanandır.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların faktiki dayandığı bir vaxtda İran bəyan edib ki, vasitəçi ola və problemin həllinə kömək edə bilər...

- İran bu məsələdə çox fəal və konstruktiv rol oynaya bilərdi, təəssüf ki, bunu indiyədək etməyib və indi də etmir. İran Azərbaycan torpaqlarını işğal edən Ermənistana enerji resursları iqtisadi, siyasi, hərbi dəstək verməsəydi münaqişə çoxdan həll olunardı. İran bir tərəfdən Azərbaycanı islam dövləti, mədəniyyəti, tarixi yaxın olan bir dövlət kimi dəstəkləyir. Digər tərəfdən Azərbaycanın islam ölkəsi olduğunu dünyaya çatdıran və bundan öz məqsədləri üçün istifadə edən xristian Ermənistanla yaxından dostluq edir. Dünyanın heç bir yerində işğalçı dövlətlə sıx əlaqə yoxdur. Çox yaxşı olardı ki, münaqişənin həllində vasitəçi kimi ilk olaraq Ermənistanla sıx olan münasibətləri, adi münasibətlərə endirərdi.

Digər xəbərlər