PDF Oxu

Əsas

  • 39

“Kristof Ştrasser bəyanatlar səsləndirməklə Azərbaycanda aranı qarışdırmaq istəyir”

“Kristof Ştrasser bəyanatlar səsləndirməklə Azərbaycanda aranı qarışdırmaq istəyir”

Azərbaycanın hakim partiyası Kritof Ştrasseri qeyri-obyektivlikdə günahlandırır. "Kristof Ştrasser bəyanatlar səsləndirməklə Azərbaycanda aranı qarışdırmaq istəyir", - bu barədə şənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. "2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirildikdən sonra onlarla adam seçkinin nəticəsinə etiraz etdiyinə görə öldürüldü, lakin həmin məruzəçi bir dəfə də olsun səsini çıxarmadı. Ermənistanda hazırda bir çox adam siyasi dünyagörüşünə görə, həbsdədir, ancaq Ştrasser bu barədə danışmır", - Novruzov əlavə edib. Millət vəkili Azərbaycanda demokratik prosesin uğurla getdiyini vurğulayıb.

Digər xəbərlər