"Yeni Müsavat" və "Azadlığ"ın yaza bilmədiyi gerçəklər "Səs"in səhifələrində
ABŞ-ın New York şəhərinin "Union Square" parkında artıq sentyabr ayının 17-dən "Bərabərsizliyə son", "İşsizliyə son", "Evsizliyə son" və s. kimi sosial şüarlarla etiraz aksiyasına başlamış sadə vətəndaşlara bir neçə dəfə şiddətli polis hücumu olub. Zəhmətkeşlərin etiraz aksiyaları bütün ABŞ-ı bürüməkdədir. Lakin Amerika imperializminin əlində oyuncaq olan "demokratik" dünya mediası kimi, Azərbaycandakı müxalifət mətbuatı da susur...
Bumeranq effekti
Nümayişçilər polisin vətəndaşlara qarşı vəhşiliyinə cavab olaraq aksiya keçirənlərə dəstək üçün "Polis şiddətinə son" adlı aksiyada iştirak etməyən vətəndaşların keçirdikləri mitinq "Union Square" parkına doğru irəliləyərək parka daxil olmağa cəhd göstərmişlər.
Polis mühasirəsində olan parka daxil ola bilməmişlər. Əvəzində, polislər və hərbiləşdirilmiş birləşmələr "Polis şiddətinə son" mitinqçilərinə və "Union Square" parkında olan etirazçılara qarşı hücuma keçiblər. Vətəndaşları vəhşicəsinə döyərək aksiyanı amansızlıqla dağıdıblar. "Wall Streetin işğalı" qrupunun və Amerika Kommunist Partiyasının təşkilatçılığı ilə keçirilən mitinqlərdə indiyədək 1000-ə yaxın vətəndaş nəzarətə alınıb. Yüzlərlə insan xəsarət alıb.
Görəsən, Liviya xalqına "canı yanıb" onları bombalayaraq "müdafiə" edən NATO və ABŞ rejiminin xalqa divan tutmağından əl çəkməsi üçün Vaşinqitonu nə vaxt bombalayacaq?! Maraqlı, bununla belə ritorik sualdır! Çünki cavab öncədən aydındır- heç vaxt!
Dünya ölkələrinin sərvətlərini istismar etmək, buna müqavimət göstərən xalqları məhv etmək, imperializmin mənafelərinə qarşı öz mənafelərini qorumağa çalışan dövlətləri çökdürmək siyasəti III dünya ölkələrinə hərbi müdaxilələrə trilyonlarla dollar vəsaitin xərclənməsi Amerika xalqını qəzəbləndirib. Çünki bu ölkədə 50 milyon insan yoxsulluq həddində, bütün normal insani hüquqlardan mərhum şəkildə "yaşamaqdadır".
Dünya ölkələrinə hərbi təcavüz bumeranq effekti verir. "Ərəb baharı" indi "Amerika baharı"na çevrilib. 2 aydır Amerika xalqı küçələrə tökülüb haqqını tələb edir, kapitalistlərin sadə xalqın zəhməti hesabına yığdıqları nəhəng sərvətlərin qaytarılmasını tələb edirlər.
Müxalifət niyə susur?
Mübarək, Qəddafi, Bəşər Əsəd və digər rejimlərdən ağız dolusu danışan, xüsusən, özlərini demokratiya carçısı adlandıran müxalifət mətbuatı nəyə görəsə ABŞ və Avropadakı rejimlərin vətəndaşlara tutduqları divandan söhbət belə açmırlar. İranda iki nəfərin dalaşmağını az qala silahlı toqquşma kimi qələmə verən "Azadlıq", "Yeni Müsavat" və s. qəzetlər və "Azadlıq" radiosu nədənsə ABŞ və Avropada baş verənlərdən bir cümlə də xəbər dərc etməyiblər.
Radikal müxalifət qəzetləri olan "Azadlıq", Yeni Müsavat" qəzetləri və portallar, həmçinin, ABŞ-ın informasiya siyasətini bütün dünyada həyata keçirən və ölkəmizdə 5-10 nəfər müxalifətçinin və ya dindarın kiçik aksiyasını böyük xalq hərəkatı kimi təqdim edən "Azadlıq" radiosu yüz minlərlə amerikalının kütləvi etiraz aksiyalarını görmür. Çünki məqsəd insan haqlarını müdafiə etmək deyil, məqsəd imperializminin sifarişi ilə Azərbaycan xalqına saxta məlumatlar sırımaqdır.
Başqa vaxt ortaya çıxıb bəyanatlar verən müxalifət liderlərindən səs çıxmır. Sanki ABŞ şəhərlərində baş verənlər bayram şənliyidir. Qlobal media qurluşları mümkün qədər material verməməyə çalşsa da, internet saytları video və foto materiallarla doludur. Buyurun, cənab müxalifət liderləri- dünyada insan haqlarını təmin edəcəyini gözlədiyiniz Amerika imperializmi öz xalqına necə divan tutur, baxın.
Uzun illərdir gözümüzə soxduqları Qərb demokartiyasının, xoşbəxt Amerika həyat tərzinin bir mif kimi darmadağın olmasını görmək ağırdır. Anlayırıq, pulu kim verir, sifariş də onundur. Necə gerçəkləri etiraf etsinlər, indi aldatdıqları insanlara nə desinlər?
Azərbaycanda bir-iki cinayətkarın həbs edilməsini siyasi məhbus kimi qələmə vermək, iğtişaşlar törədənlərin polis nəzarətinə götürülməsini insan hüquqlarının pozulması kimi göstərmək asandır, amma bundan daha artığının Sem dayıları tərəfindən günahsız xalqa qarşı həyata keçirilməsini etiraf etmək çətindir.
ABŞ-da yoxsulluq sürətlə artır
Amerikada yoxsulluğun miqdarı haqda yayımlanan son statistikalarda bildirilir ki, hazırda bu ölkədə 42 milyon 200 min nəfər yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır. Qeyri-rəsmi hesablamalarda bu rəqəmin 50 milyondan az olmadığı vurğulanır. Başqa sözlə, hər 6 amerikalıdan 1 nəfəri yoxsuldur ki, bu rəqəm keçən 50 ildə ən yüksək göstəricidir.
Amerikada dünyanın hər yerindən daha çox milyarderlərin yaşamasına rəğmən bu ölkə əhalinin illik gəlir səviyyəsinə görə dünya üzrə 9-cu yerdədir. Buna rəğmən Amerikadakı yoxsulların sayı yüksək rəqəmləri göstərməkdədir.
Amerika xalqının təqribən 15 faizi dövlət tərəfindən verilən ərzaq məhsulları yardımları ilə güzəran keçirir və əksəriyyəti sığınacaq məkanı, müalicə sığortaları, münasib yemək-içmək və ən məhdud təhsil imkanlarından məhrumdurlar.
Hər halda 14 trilyon dollar xarici və daxili borca malik olan və adam başına düşən borcun 45 min dollara yaxın olduğu bir ölkədə yoxsulluğun daim artması təəccübləndirici deyil. Təəccübləndirici məsələ budur ki, ABŞ hər il dünyanın bütün ölkələri qədər hərbi məsələlər və müharibə üçün pul xərcləyir.
Halbuki əgər bu pulun yalnız bir hissəsi Amerika xalqının həyat vəziyyətinin yaxşılaşdırılması üçün xərclənsə idi, milyonlarla Amerika sürətlə yoxsulluq səviyyəsindən də aşağı vəziyyətdən çıxa bilərdi. Öz transmilli korporasiyaları və fırıldaqçı maliyyə birjaları vasitəsilə dünya iqtisadiyyatını öz əlində cəmləşdirməyə çalışan Amerika imperializmi 50 milyon amerikalının "it günüdə" yaşadığını vecinə də almır.
ABŞ: böhranlar silsəsinin son akkordu
İndi hər bir amerikalını düşnüdürən sual budur- Amerika xalqının pulları hara xərclənir? Bu suala aydınlıq gətirmək üçün bir neçə fakta nəzər salaq. Dünyada 243 hərbi müdaxilə etməyə, siyasi səbəblərdən kimisə cəzalandırmağa, hər yerdə hərbi baza yaratmağa böyük vəsaitlər sərf olunur. ABŞ-ın 170 ölkədə 1000-dən artıq bazası var. 700 milyardlıq hərbi büdcə nəyə görə Amerika xalqının cibindən çıxarılır, burası aydın deyil?!
Dünya ölkələrinə demokratiya gətirmək üçünmü? Xeyr, bu "demokratiya"nın Əfqanıstan, İraq, Misir, Vyetnam, Liviya... xalqlarına necə "xoşbəxtlik" bəxş etdiyini hər birimiz bilirik. Bəs nədən? Ona görə ki, başda ABŞ olmaqla Qərb imperializmi dünyanın sərvətlərini daha sürətlə talamaq, "lazımsız" xalqların axırına çıxmaq", tabe olmayan dövlətləri çökdürmək siyasəti yeridir. Bunun üçün isə xeyli vəsait lazımdır.
Defoltdan qurtulmağın yolu heç də borclanma limitini artırmaq deyil, hökmün təxirə salınması onun yerinə yetməsini nəinki ləğv etmir, əksinə, zəmanət verir ki, o, ən dramatik və amansız şəkildə yerinə yetəcək. Müstəqil ekspertlərin qənaətinə görə, ilin sonuna kimi faktiki və rəsmi defolt gözlənilir.
Böhranın gedişi hələ 2 il əvvəl sol təmayüllü ekspertlərin təsvir etdiyi ümumi qrafikə tam şəkildə uyğundur. 2008-ci ildə maliyyə böhranı, 2009-cu ildə iqtisadi böhran, 2010-cu ildə sosial, 2011-ci ildə siyasi böhran. Budur, artıq sonun başlanğıcı başlayıb.
Beləliklə, ABŞ-da iqtisadi, maliyyə, sosial böhranların son nəticəsi kimi siyasi böhran başlanıb. Əgər bu böhran artıq ABŞ-ın timsalında qlobal miqyasda fakta çevrilirsə, irəlidə bu təcavüzkar dövləti və onun söykəndiyi imperializmi nə gözləyir? Tarixi təcrübənin bizə dəfələrlə göstərdiyi cavab məlumdur- xalq inqilabı və imperializmin süqutu.
Elçin Bayramlı Gənc ailələr üçün güzəştlər paketi hazırlanır
Azərbaycanda gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Milli Məclisə təkliflər hazırlanır.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov Trend-ə bildirib ki, dünya ölkələrinin bu məsələ ilə bağlı ən qabaqcıl təcrübəsi öyrənilib təklif şəklində parlamentə təqdim ediləcək. Fuad Muradov deyib ki, Avropa ölkələrinin müasir qanunvericiliyi araşdırılıb və Azərbaycan üçün uyğun olanın tətbiqi gözlənilir. Onun sözlərinə görə, Skandinaviya ölkələrinin əksəriyyətində mövcud olan təcrübəyə görə, gənclərə ailə qurmaq və yaxud iş axtarmaq ərəfəsində dövlət tərəfindən bir neçə illik çox cüzi məbləğə kirayə ev verilir. "Bu həmin gəncin iş axtarmasına və digər işlərinə daxili problemlərin mane olmamasına səbəb olur. Müəyyən zamandan sonra həmin şəxs öz mənzil şəraitini düzəldə bilmirsə, dövlət onu şəraiti bir az aşağı olan evə köçürür və bu cür stimullaşdırır", - millət vəkili deyib. Onun sözlərinə görə, araşdırılan digər təcrübəyə görə, dövlət tərəfindən gənc ailələrə müəyyən məbləğdə vəsait verilir ki, onlar da uzun müddətə faizsiz ödənilir.
Fuad Muradov bu məsələlərin Milli Məclisin büdcə müzakirəsi zamanı qaldırılacağını deyib.