PDF Oxu

Əsas

  • 29

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

Dünən YAP Yevlax rayon təşkilatının idarə heyətində təsdiq olunmuş qrafikə əsasən ərazi və məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunlaşdırıldığına dair iclas keçirilibdir. İclasda qeyd olunub ki, hazırda rayon təşkilatının 86 məhəlli və ərazi ilk partiya təşkilatlarında 7040 nəfər partiya üzvü birləşmişdir.

Onlardan 3691 nəfəri qadınlar, 1945 nəfərini isə gənclər təşkil edir. İndiyədək 84 məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmiş və rayon təşkilatının VII konfransına 395 nəfər nümayəndə seçilmişdir. Sonuncu hesabat-seçki yığıncağı qrafikə əsasən "Səhiyyə" və "Mədəniyyət" məhəlli ilk partiya təşkilatlarında keçirilib.

"Səhiyyə" ilk partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında məruzə ilə çıxış edən ilk partiya təşkilatının sədri İlhami Quliyev ötən dövrdə qazanılan uğurlara və qarşıda duran vəzifələr barədə danışıb. Siyasi həmfikirlərin fəallığı şəraitində keçirilən toplantıda təşkilatın yeni idarə heyətinin tərkibi müəyyənləşdirilib. YAP üzvü Məhərrəm Gülməmmədov ilk partiya təşkilatına sədr seçilib.

"Mədəniyyət" ilk partiya təşkilatında baş tutan hesabat-seçki yığıncağını giriş sözü ilə Mədəniyyət və Turizm İdarəsinin müdiri İlqar Əhmədov açıb. Hesabat məruzəsi ilə ilk partiya təşkilatının sədri Vüsalə Məmmədova çıxış edərək bildirib ki, qazanılan uğurlarla yanaşı, bəzi nöqsanlar da olub. Daha sonra hesabat-seçki yığıncağında təşkilatı məsələ gündəmə gəlib. Hesabat seçki yığıncaqlarında YAP Yevlax rayon təşkilatının VII konfransında iştirak etmək üçün hər birindən 35 nəfər olmaqla 70 nəfər nümayəndə seçilib. "Səhiyyə" və "Mədəniyyət" ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarında YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova və YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev iştirak edərək çıxış ediblər. Natiqlər ötən hesabat dövrünü təhlil edərək, qazanılan uğurlara və mövcud nöqsanlara öz münasibətlərini açıqlayıbar. Onlar vurğulayıblar ki, bu gün ölkədə ən qüdrətli siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının sıraları getdikcə artır, Azərbaycan xalqı YAP-a, onun çevik siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunu ləyaqətlə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə inanır və onun ətrafında sıx birləşdiklərini hər an nümayiş etdirirlər. YAP-ın üzvü olmaq müasir zamanımızda hər kəs üçün həm məsuliyyətdir, həm də fəal vətəndaşlıq mövqeyinin sərgilənməsi deməkdir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər