PDF Oxu

Əsas

  • 25

“Azərbaycan gənclərinin xaricdə təhsil almasına çəkilən xərclərin maliyyələşdirmə mexanizmi sadələşdirilməlidir”

“Azərbaycan gənclərinin xaricdə təhsil almasına çəkilən xərclərin maliyyələşdirmə mexanizmi sadələşdirilməlidir”

Azərbaycanın təhsil naziri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə oxuyan tələbələrin təhsil almasına çəkilən xərclərin maliyyələşdirmə mexanizminin sadələşdirilməsini təklif edib. Trend-in məlumatına görə, Misir Mərdanov "Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu" mövzusunda Bakıda keçirilən konfransda deyib ki, hər bir tələbənin özünün təsdiqlənmiş hesabı olmalıdır. Nazirin fikrincə, vəsait həmin hesaba köçürülsə, təhsil xərclərinin maliyyələşdirilməsi daha tez başa gələ bilər. Onun sözlərinə görə, hazırda Dövlət Proqramı çərçivəsində xaricdə 835 azərbaycanlı təhsil alır. Onların 47 faizi bakalavr, 33 faizi magistratura, 16 faizi rezidentura, 4 faizi isə aspiranturada təhsil alır. Xaricdə oxuyan azərbaycanlı gənclərin 199-u Türkiyə, 151-i Almaniya, 148-i Böyük Britaniya, 84-ü Kanada, 59-u Rusiya, 35-i Fransa, 24-ü Koreya, 25-i Niderlandda təhsil alır.

Digər xəbərlər