PDF Oxu

Əsas

  • 37

Volfanq İşinger: BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan kimi gənc ölkənin böyük nailiyyətidir

Volfanq İşinger: BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan kimi gənc ölkənin böyük nailiyyətidir

Dünən xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransının sədri Volfanq İşingerlə görüşüb. Görüşdə V.İşinger Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmiş, uğurlar arzulayıb.

Təhlükəsizlik Konfransının sədri respublikamızın bu mötəbər quruma qeyri-daimi üzv seçilməsini Azərbaycan kimi gənc ölkənin böyük nailiyyəti olduğunu vurğulayıb.Azərbaycana səfərindən məmnunluq ifadə edən V.İşinger ölkəmizin BMT Təhlükəsizlik Şurasında fəaliyyətinin uğurlu olacağına əminliyini bildirib. Görüşdə Avropa İttifaqında baş verən proseslər, xüsusən də iqtisadi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər