Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Sosial İnkişaf İdarəsi Mədəniyyət və İstirahət Departamentinin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan departamentin bölmə müdiri Aydın Məmmədov təşkilatda 63 nəfər partiya üzvü olduğunu diqqətə çatdırdı. Ərazi ilk partiya təşkilatının üzvləri kütləvi-mədəni dövlət tədbirlərində konsert proqramları ilə çıxış etməklə yanaşı, keçirilən seçki proseslərində, o cümlədən, prezident, bələdiyyə, parlament seçkilərində yaxından iştirak edərək, yüksək fəallıq göstəriblər. O, təşkilat üzvlərinin gələcəkdə keçirilən tədbirdə də iştirak edərək partiyanın qarşıya qoyduğu məsələləri yerinə yetirəcəklərinə əminliyini bildirdi.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov ərazi ilk partiya təşkilatının fəaliyyətindən söz açaraq bildirdi ki, təşkilat YAP-ın Niziamnamə və Proqramını əsas tutaraq onun vəzifələrini layiqincə yerinə yetirir. F.Rəsulov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söz açaraq, çətin və ağır şəraitdə meydana gəlməsini diqqətə çatdırdı. Ümumilli Lider Heydər Əliyevin qətiyyətli addımı, müdrik siyasəti nəticəsində YAP formalaşdı, qısa bir zamanda yarım mitlyondan çox məsləkdaşlarını ətrafına toplaya bildi. F.Rəsulov Azərbaycanın müstəqilliyi dövründə keçdiyi dinamik inkişaf yolunda YAP-ın rolunu xüsusi olaraq vurğuladı. Rayon təşkilatının aparat rəhbəri qeyd etdi ki, yarım milyondən çox üzvü özündə ehtiva edən YAP-ın sıraları gündən-günə genişlənməkdədir.
F.Rəsulov Azərbaycanın müstəqilliyi dövründə keçdiyi dinamik inkişaf yolundan danışaraq, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri yüksək qiymətləndirərək, bildirdi ki, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına Mehriban xanım Əliyeva geniş imkanlar açdı. Hər bir xalq öz mədəniyyəti ilə tanınır. Sonra F.Rəsulov ərazi ilk partiya təşkilatının ötən dövr - 5 il ərzində təşkilatın gördüyü işlərə nəzər salaraq, görülən işləri qənaətbəxş hesab etdi.
Tədbirin sonunda gündəlikdə duran təşkilati məsələlərə baxılaraq, Mədəniyyət və İstirahət Departamentin ərazi ilk partiya təşkilatına İlham Quliyev yenidən səs çoxluğu ilə sədr, idarə heyətinə 9 nəfər, Suraxanı rayon təşkilatının 8-ci konfransına 5 nəfər tərkibdə nümayəndə seçildi.
ZÜMRÜD