PDF Oxu

Əsas

  • 29

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

YAP Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universiteti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağını giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Mahir Hacıyev açaraq gündəlik məsələ haqında məlumat verib.

Hesbat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Mahir Hacıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradılmasında və möhkəmlənməsində Azərbaycan Dövlət Aqrar Universitetinin ərazi ilk partiya təşkilatının da rolu böyükdür. 1993-cü ildən yaranan ərazi partiya təşkilatı aparılan təbliğat-təşviqat işlərində YAP Gəncə şəhər təşkilatı və mərkəzi aparatın bütün tövsiyələrinə əməl etməyə çalışdığını vurğulayıb: "Universitet YAP ərazi təşkilatında hal-hazırda 3015 nəfər qeydiyyatda durur. Onlardan 560 nəfəri işçilər, 2455 nəfəri isə tələbələrdir. 2011-ci ildə YAP sıralarına 945 nəfər üzv qəbul olunubdur".

Yığıncaqda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, Ulu Öndərimiz, dünya şöhrətli siyasətçi Heydər Əliyevin rəhbərliyi sayəsində 1992-ci ilin noyabr ayında yaradılan və bu gün ölkəmizdə ən nüfuzlu qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasında hesabat-seçki kampaniyası keçirilir və partiya üçün xarakterik olan siyasi birlik nümayiş etdirilir. Azərbaycanın bütün sahələrində uğurlu inkişaf gedir: "Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün onun layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən siyasi xətt dəyişməz olaraq qalır və bu, Azərbaycanı müasir dövlətə, güclü iqtisadiyyata malik, əməkdaşlığa hazır olan, öz mövqelərini möhkəmləndirən ölkəyə çevirir. Ölkəmizin hər bir regionunda olduğu kimi, bu gün qədim Gəncə şəhərində də abadlıq- quruculuq işləri geniş vüsət alıb. Şəhərimizdə işıq sistemi təzələnmiş, parklar abadlaşdırılmış, 180-nə yaxın 5 mərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, yararsız binalar yenisi ilə əvəz edilmişdir. Hazırda 250-ə yaxın tarixi abidələrimiz üzə çıxarılmış və yenidən bərpa olunur. Gəncəmiz günü-gündən gözəlləşir və tarixi dəyərlərini saxlamaqla müasirləşir".

Hesabat-seçki yığıncağında YAP Gənə şəhər nəşkilatının sədri professor İsrafil İsmayılov çıxışında qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya uğurla həyata keçirilməkdədir: "Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın bütün sahələrində proqressiv islahatları təmin etməklə ölkə vətəndaşlarının böyük rəğbətini qazanmış, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Dövlət başçısı İlham Əliyev fəaliyyəti dövründə verdiyi bütün vədlərə sadiq qaldığını əməli işləri ilə təsdiqləmişdir. Bütün sahələrdə əldə olunan yüksək nəticələr buna əyani misal ola bilər".

"Azərbaycanın yeni dövründə hər bir ölkə vətəndaşının rifah halının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı tədbirlər bugünkü uğurlarımıza şərait yaratmışdır" sözlərini vurğulayan İ.İsmayılov respublikamızın sürətli iqtisadi inkişafına yönələn dövlət proqramlarının qəbul edilməsi və uğurla icrası bu gün müsbət nəticəsini verməkdədir: "Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin Azərbaycanın müasirləşməsi ilə bağlı genişmiqyaslı fəaliyyəti də diqqəti cəlb edir. Ölkə başçısı Azərbaycanın inkişafını, sadəcə olaraq, rəqəmlərin böyüməsində yox, insanların həyat şəraitinin keyfiyyətcə yaxşılaşmasına gətirib çıxaran genişmiqyaslı işlərin həyata keçirilməsində görür. Ölkəmizdə sürətli sosial-iqtisadi inkişafa adekvat olaraq insanların maddi rifah halı günü-gündən yaxşılaşır. Azərbaycanın malik olduğu sərvətlərdən dövlətin, xalqın maraqlarına uyğun olaraq istifadə edilməsi aparılan uğurlu siyasətin nəticələridir".

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor Mirdamət Sadıqov yığıncaqda çıxış edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin Sərancamı əsasında ADAU-nun 80 illik yubileyi münasibəti ilə 34 nəfər professor və müəllimə respublikamızın ən yüksək fəxri adları və mükafatları verilmişdir: "ADAU-da bütün tədris və inzibati binalarında Ulu Öndərimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən guşələr quraşdırılıb. Əsas binada Ulu Öndər Heydər Əliyevin muzeyi yaradılıb və orada Heydər Əliyev məktəbi fəaliyyət göstərir".

Yığıncaqda Şikar Əliyev, Telman Musayev, Nizami Əlizadə, Adil Ramazanlı və Hikmət Mustafayev və başqaları Azərbaycan Dövlət Aqrar Universiteti ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş qiymətləndirdilər.

Sonda ərazi ilk partiya təşkilatının hesabatı qənaətbəxş hesab edildi. 11 nəfərdən ibarət ərazi ilk partiya təşkilatının idarə heyəti seçildi. Hacıyev Mahir Həmzə oğlu Azərbaycan Dövlət Aqrar Universiteti ərazi ilk partiya təşkilatının sədri, Həmidov Afəddin və Babayev Aygün isə müavinləri seçildilər .

YAP Gəncə şəhər təşkilatnın VIII konfransına Azərbaycan Dövlət Aqrar Universiteti ərazi ilk partiya təşkilatından 35 nəfər nümayəndə seçildi.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər