PDF Oxu

Əsas

  • 31

“Azərbaycan birmənalı şəkildə “Eurovison”a ev sahibliyi etməyə hazırdır”

“Azərbaycan birmənalı şəkildə “Eurovison”a ev sahibliyi etməyə hazırdır”

"Azərbaycan birmənalı şəkildə "Eurovison-2012" mahnı yarışmasına ev sahibliyi etməyə hazırdır". "Azadinform" xəbər verir ki, bu fikirləri ölkəmizdə ilk dəfə səfərdə olan Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai bildirib.

Onun sözlərinə görə, bu beynəlxalq tədbir, eyni zamanda, Azərbaycanın daha da tanınmasına, turistlər üçün daha da maraqlı bir ölkəyə çevrilməsi üçün bir reklam xarakteri daşıyır: "Bu qələbə ilə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etdi. Bakıda aparılan işlər, gözəl və müsbət təsir göstərən infrastruktur, insanların küçələrdə gəzintisindən sezilən güclü sabitliyin olması və s. bütün bunlar Azərbaycanın güclü imkanları və qüdrətli dövlət olmasının təzahürüdür. Mən inanıram ki, "Eurovision - 2012"-ni izləmək üçün ölkənizə gələcək bütün xarici vətəndaşlar, turistlər bu möhtəşəm yarışmadan daha da çox Azərbaycanın gözəlliyinə, burada aparılan müasir islahatlara və yüksək inkişafa valeh olacaq. Necə ki, mən bu gözəlliyə artıq ilk səfərimdə qərq olmuşam".

Digər xəbərlər