Dünən Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatılığı ilə "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Nərimanov rayonunun ziyalıları, müəssisə rəhbərləri, 35-ə yaxın qəzet redaktorları, informasiya agentliklərinin rəhbərləri iştirak edib. KİVDF-nin icraçı direktru Vüqar Səfərli deyib ki, bildirib ki, əvvəl Suraxanı, Nizami, Səbail rayonlarında icra hakimiyyətləri ilə birgə belə tədbirlər keçirilib. Onun sözlərinə görə, bu tədbirin davamı olaraq, bugünki tədbir Nərimanov rayonunda təşkil olunub.
"Konfransın keçirilməsində məqsəd medianı cəmiyyətlə yaxınlaşdırmaqdır, bu sahədə olan problemləri onlarla birgə müzakirə etməkdir. Bu gün bizim tədbirimiz əsasən, dialoq şəklində həyata keçiriləcək. Çox zaman media nümayəndələrinin əsas şikayətləri bu olur ki, ilk mənbədən informasiya almaq çətin olur. Bizim də bu rəhbərlərlə bu görüşü keçirməkdə məqsədimiz odur ki, yaxınlaşma olsun və bu sahədə problem olmasın. Bu tədbir yalnız iki tərəfin qarşılıqlı dialoqu əsasında keçiriləcək".
V.Səfərli qeyd edib ki, bu gün ölkədə 5000-dən yuxarı KİV qeydiyyatdan keçib: "Hazırda 300-ə yaxın gündəlik, həftəlik, aylıq qəzetlər fəaliyyət göstərir. Müstəqil qəzetlərin sayı artıqca onların maliyyə vəsaitləri ilə təmin olunması müəyyən çətinliklər törədirdi. Bu və ya digər məsələləri nəzərə alaraq 2009-cu ildə müstəqil mətbuatın inkişafına dəstək məqsədilə KİVDF yaradıldı. KİVDF-yə hər il müəyyən məbləğdə dövlət tərəfindən müəyyən vəsaitlər ayrılır. Bu da müstəqil qəzetlərin inkişafı üçün nəzərdə tutulur". Mətbuast Şurasının sədri Əflatun Amaşov isə müstəqillik illərində Azərbaycan mətbuatının tarixindən danışıb.