Rusiya ilə Azərbaycan arasında münasibətlər özünün pik həddindədir. Bu sözləri Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rusiyalı həmkarı Sergey Narışkinlə görüşündə bildirib. "Azadinform" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ramiz Mehdiyev "iki dövlət arasında həllini tapmayan problemlər mövcud deyil, bütün problemlər vaxtında, dostluq əsasında həllini tapır" - deyə bildirib.
PA rəhbəri vurğulayıb ki, iki dövlət başçısı Rusiya ilə Azərbaycan arasında münasibətlərə çox yaxşı ton veriblər: "Bu, ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafı üçün çox yaxşı əsasdır". Rusiya PA rəhbəri S.Narışkin isə öz növbəsində Azərbaycanın BMT TŞ-nin daimi üzvü seçilməsi fonunda onu beynəlxalq arenada iki ölkənin atacığı addımları birgə koordinə etməyə çağırıb. "Bununla bağlı bizim beynəlxalq arenada atacağımız addımları koordinə etmək üçün daha çox şansımız yaranır. Bu səbəbdən işləmək, işləmək və işləmək lazımdır" - deyə əlavə edib. Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də beynəlxalq problemlər müzakirə edilib.