Dekabrın 2-də Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının VIII konfransı keçirilib.
Konfrans iştirakçıları və qonaqlar öncə şəhərin baş meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, kompleksin önünə tər gül-çiçək dəstələri düzüblər.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov konfransda rəhbərlik etdiyi qurumun ötən dövr ərzindəki fəaliyyəti haqqında geniş hesabat məruzəsi ilə çıxış edib. Cavanşir Yusubov məruzəsində bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin fəaliyyət yolu keçmiş, özünü ölkənin siyasi həyatında həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov təşkilatın hesabat dövründəki fəaliyyətindən bəhs edərkən qazanılmış uğurlarla yanaşı, qarşılaşdıqları problemləri nəzərə çatdırmış, eyni zamanda qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının nəzarət-təftiş qrupunun məruzəsi dinlənıldikdən sonra müzakirələr başlanmışdır. Müzakirələrdə iştirak edən konfrans nümayəndələri təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirdiklərini nəzərə çatdırmışlar.
Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradova partiyanın Mıngəçevir şəhər təşkilatına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bahar Muradova öz çıxışında bildirib ki, ölkəmizin 20 illik müsətiqillik tarixində Yeni Azərbaycan Partiyası öz sözünü demiş, fəaliyyətində daim Azərbaycan dövlətinin və xalqının maraqlarını əldə rəhbər tutmuş bir siyasi təşkilatdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyini xalqımız təntənə ilə qeyd etdi. Azərbaycan özünün dövlət müstəqilliyinin bu şərəfli tarixini məhz Yeni Azərbaycan Partiyası ilə bərabər addımlayır. "Mənim üçün bütün titullardan üstün Yeni Azərbaycan Partiyasının üzvü olmağımdır. Çünki bu partiya Ümumilli Liderimiz Heydər Əliyevin partiyasıdır. Yəqin ki, partiyanın hər bir üzvü də bununla fəxr edir. Partiyamız bütün fəaliyyətində Azərbaycanın gələcəyi naminə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkəmizin qazandığı bütün uğurlarda Yeni Azərbaycan Partiyasının imzası var"- deyə vitse-spiker vurğulayıb.
Konfransda həmçinin Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd etmiş, YAP-ın ölkənin ictimai-siyasi həyatında rolundan bəhs etmişdir.
Konfransda müzakirələrdən sonra təşkilati məsələlərə baxılmışdır.Cavanşir Yusubov yenidən Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri seçilmişdir. Konfrans həmçinin Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yeni 51 nəfər tərkibdə şurasınl, 15 nəfərdən ibarət idarə heyətini və 11 nəfərlik nəzarət-təftiş qrupunu müəyyənləşdirmişdir.
Sonda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.